Ölkə futbolu
Talalayev azərbaycanlı hakimin idarəçiliyinə qiymət verdi
Rusiyanın aşağı yaş qruplarından ibarət komandalarında, eləc?…
Rusiyanın aşağı yaş qruplarından ibarət komandalarında, eləcə də Moskva "Spartak"ında, "Rostov"da, "Volqa"da baş məşqçi və məşqçi kimi çalışmış Andrey Talalayev azərbaycanlı FİFA hakimi Əliyar Ağayevi tərifləyib. Futbolinfo.az xəbər verir ki, o, bir neçə gün öncə Rusiya və Qana yığmaları arasında baş tutmuş yoxlama oyununu idarə edən azərbaycanlı hakimin işinə belə qiymət verib:
“Rusiya hakimliyində problem ondadı ki, daxili çempionatda yüksək intensivlik yoxdu. İlk dəqiqədən sonadək mübarizə də müşahidə olunmur. Buna hakimliyi də əlavə edək. Rusiyada yersiz oyun dayanmaları həddən artıq çoxdu. Qana ilə oyunda azərbaycanlı hakimə fikir verdinizsə, referi mübarizə aparmağa, epizodları sona çatdırmağa imkan verirdi. Bizdə isə çox güman ki, belə anlarda hakim fiti səslənərdi”.
Qeyd edək ki, Rusiya – Qana oyununda meydan sahibləri 1:0 hesabıyla qalib gəlib.