Ölkə futbolu
Ramazan Abbasovdan qəfil vida
Ramazan Abbasov AZAL-dan ayrılıb. Futbolinfo.az xəbər verir ki, ya…
Ramazan Abbasov AZAL-dan ayrılıb. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiəçi ilə qarşılıqlı razılaşma əsasında yollar ayrılıb.
Artıq Ramazanın yeni klubu da böyük ölçüdə bəllidi. Onun yeni yaradılan və cari mövsümdən Azərbaycan çempionatının 1-ci divizionunda çıxış edəcək “Səbail” klubuna keçəcəyi gözlənilir.
Qeyd edək ki, ötən mövsüm “Rəvan”da çıxış etmiş Abbasov bu yay “təyyarəçilər”in heyətinə qoşulsa da, burada debüt imkanı qazana bilməmişdi.