Dünya futbolu
"Real"la "Atletiko" da Bakı "İnter"inin aqibətini yaşadı
FİFA İspaniya nəhəngləri “Real” və “Atletiko&r…
FİFA İspaniya nəhəngləri “Real” və “Atletiko”ya transfer qadağası qoyub. Futbolinfo.az xəbər verir ki, buna səbəb Madrid təmsilçilərinin 18 yaşdan aşağı futbolçuların transferləri zamanı yol verdikləri qanun pozuntularıdır.
Daha əvvəl hər iki klub haqqında qərar verilsə də, sonradan komandalar qərarın təxirə salınması haqqında ali futbol qurumunun Nizam İntizam Komitəsinə müraciət etmişdilər. Qurum isə rəsmi saytı vasitəsilə məlumat yayıb ki, onların bu müraciəti təmin olunmayıb. Beləcə, Madrid klubları qarşıdakı iki transfer pəncərəsi dövründə heyətinə yeni oyunçu qata bilməyəcək.
Transfer qadağasından əlavə “Atletiko”ya 900 min, “Real”a isə 360 min İsveçrə frankı miqdarında cərimə tətbiq edilib.
“Kral klubu” isə bu qərarla bağlı CAS-a şikayət edəcəyini bildirib.