Bizi izləyin

Ölkə futbolu

Klublar Olimpiya stadionundan niyə uzaq qaçır?

"Qəbələ" dünən Ukraynadan qayıtdıqdan sonra ilk m…

blank
"Qəbələ" dünən Ukraynadan qayıtdıqdan sonra ilk məşqini Bakı Olimpiya Stadionunda (BOS) keçdi. Roman Qriqorçuk öncə yetirmələrini "Bakı"nın təlim-məşq bazasında hazırlığa çıxarmaq istəsə də, bir anda planlar dəyişdi, məkan kimi ölkənin ən böyük arenası seçildi.
 
Bildiyimizə görə, "Qəbələ" lap əvvəldən məşqi burada etmək istəyirmiş. Lakin Olimpiya stadionunun hər iki yardımçı meydançası "dolu" olduğundan "qırmızı-qaralar" Biləcəriyə üz tutubmuş. Son anda BOS-da məşq edən qızlardan ibarət yığmanın məşqi təxirə salınıb və "Qəbələ" bura üz tutub.
 
BOS-un əsas meydanının qazonu bərpa prosesindən təzə çıxıb, ot örtüyü artıq oyun keçirmək üçün hazır durumdadı. Ancaq indiyədək heç bir klubumuz bura üz tutmayıb. Avropa Liqasında mübarizə aparan klublarımız da bütün arenaların qazonunun sıradan çıxdığı bir zamanda bura üz tutmadı. "Qarabağ" ehtiyat meydan kimi buranı seçsə də, qrup mərhələsinin ilk oyununu "Dalğa Arena"da keçirməyi lazım bildi, "Qəbələ" isə "Bakcell Arena"nı üstün tutdu.
 
Əcəba, hamının BOS-dan uzaq qaçmasının, hətta ehtuyat meydançalarından istifadə etməməsinin səbəbi nədi? Stadionun qeyri-münasibliyi, qiymətin əlverişli olmaması, yoxsa nə?
 
Bu suallarla BOS-un media rəhbəri Cəmilə Mehdiyevaya müraciət etdik. Xanım həmsöhbətimizlə söhbətdən bəlli oldu ki, əsas meydança oyunları qəbul etmək üçün tam hazırdı, amma nədənsə klublar burada oynamaq istəmir: "Hər iki klubumuz arena ilə maraqlandı. Düzü, "Qəbələ" maliyyə məsələsinə görə fikrini ilk söhbətdəcə bildirib, başqa stadionu seçdi. "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə 2 dəfə qazonu yoxlamaq üçün gəldi, baxdı, bəyəndi, amma tribunaları doldura bilməyəcəklərindən ehtiyat edərək, komandanı bura gətirmədi".
 
Cəmilə xanıma inansaq, "Qarabağ" 60 min azarkeşi tribunlara gətirə bilməyəcəyindən və belə nəhəng arenanın aurasının komandaya pis təsir edəcəyindən çəkinib. "Qəbələ" isə sırf maddi məsələlər üzündən BOS-dan imtina edib. Belədisə bəlkə klubları həvəsləndirmək, stadiona cəlb etmək üçün icarə qiymətlərində endirim edilsin? Mehdiyevanın dediklərinə diqqət edək: "Bizim də xərclərimiz çoxdu. Təhlükəsizlik, qazona qulluq, işıqlandırma və s. məsələlər çox xərc aparır. Bu üzdən qiymət məsələsində güzəşt çətindi. Yaxşı stadionun qiyməti də çox olur. Məncə, avrokuboklarda pul qazanan klublarımız bunun öhdəsindən gələ bilər. Sadəcə, onlar tribunaları doldura bilməyəcəklərindən çəkinirlər".
 
Amma iş ondadı ki, BOS rəhbərliyi icarə haqqında güzəştə getməlidi. Digər arenalarla rəqabətdə ancaq bu yolla önə keçmək olar. Yoxsa namünasib stadiona görə bir oyun üçün 40 min manat vermək heç kimə sərf etməz. Düzdü, Respublika stadionunda da qiymətlər eynidi, lakin heç kim eyni maddi xərclər qarşılığında şəhər mərkəzindəki arenanı BOS-a dəyişməz. "Bakcell Arena"da 1 oyunun qiyməti 10, "Dalğa Arena"da 3-5 min manat aralığındadısa, o zaman klubların niyə BOS-dan qaçdığı aydınlaşır. Bilet satışı ilə aradakı fərqi qapatmağın mümkünsüzlüyünü nəzərə  alsaq, Olimpiya stadionu heç kimə sərf etmir.
 
Cəmilə xanım hər nə qədər icarə haqqını azaltmağın tərəfdarı olmasa da, etiraf etdi ki, güzəşt mümkündü. Lakin klublar bunda da maraqlı deyil: "Qarabağ" qiymətlə bağlı heç bir müzakirə aparmadı, qazonu da bəyəndilər. Bərpa işləri də onların ilk oyununa kimi yekunlaşacaqdı və bu dəqiqə heç bir problem yoxdu. Qurban bəylə söhbətdə hiss etdik ki, ağdamlılar daha çox tribunaları doldura bilməməkdən ehtiyatlanır. "Qəbələ" isə pula görə imtina etdi, lakin ciddi maraqlansaydılar, bəlkə də müəyyən güzəşt mümkün idi".
 
Bəs, klubların məşq üçün BOS-un yardımçı meydanlarından imtina etməsinin səbəbi nədi? Yenə Mehdiyevanın dediklərinə diqqət yetirək: "İcarə haqqı elə də baha deyil. Mən bilən, digər meydanlar da təxminən eyni qiymətədi. Məsələn, "Qəbələ" "Bakı"nın təlim-məşq bazasında olduğu kimi, bizdə də bir saatlıq məşq üçün 500 manat ödəyir. Bu gün (dünən – red.) onlar bizdə məşq etdilər".
 
Cəmilə xanım etiraf etməsə də, qiymətlərlə yanaşı, digər amillərin də klubların bura üz tutmasını əngəllədiyi bəllidi. Belə ki, BOS-da yardımçı meydançalardan biri qızların, digəri isə "Mançester Yunayted" məktəbinin hazırlıqları üzündən boş olmur. "Bayıl Arena"da divizion klublarının sayı çoxaldığından sözügedən məktəb bura köçməli olub. Cəmilə xanım isə düşünür ki, problemi yoluna qoymaq olar: "Klublar bizə müraciət etsə, həmin məşqləri təxirə sala və ya günün birinci yarısına keçirə bilərik. Belədə mütəxəssislərimiz axşam məşqləri üçün qazonu yenidən ideal vəziyyətə gətirə bilərlər. "Mançester Yunayted" məktəbinin hazırlıqları, ümumiyyətlə, problem deyil. Azyaşlıların məşqləri ot örtüyünə mənfi təsir etmir, üstəlik, onlar qazonun 1/4 hissəsində məşq edirlər. Təki, komandalarımız gəlmək istəsin, onlara şərait yaradarıq".
 
Təbii ki, belə nəhəng arenanı saxlamaq üçün buradan çox istifadə edilməsi vacibdi. Ancaq arena rəhbərliyi də anlamalıdı ki, yüksək qiymətlərlə heç kimi maraqlandıra bilməyəcəklər. Əksinə, müştəriləri maraqlandırmaq üçün daha münasib şərtlər təklif edilməlidi. AFFA-nın sırf xərcləri qarşılamaq üçün əsas millinin oyunlarını bu arenaya salması problemin həlli deyil. Heç digər yığma komandaların məşq və oyunları, "Mançester Yunayted" məktəbinin hazırlıqları da kifayət deyil. BOS-a avrokubok oyunları yaraşardı. Bundan isə "Qəbələ" yüksək icarə haqqı üzündən qaçdı, "Qarabağ" isə məhz seçim etdiyi ərəfədə qazonun yararsız olması üzündən imtina etdi.
 
CAVAD
Reklam

Reklam


blank
Premyer-liqa2024-05-06 00:03

“Qəbələ”də üç itki

blank
Dünya futbolu2024-05-05 23:38

“Qalatasaray” darmadağına sevindi, Renat oynamadı

blank
Dünya futbolu2024-05-05 23:23

Coşqun, Bəxtiyar və Sərtan qələbəyə sevindi, Ramil və Vüsal…

blank
Premyer-liqa2024-05-05 22:32

“Sabah” bəxt sayəsində qalib gəldi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-05 22:25

Renduliç: “Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi”

blank
Digər idman növləri2024-05-05 22:18

“Xəzri” yarımfinalda!

blank
Premyer-liqa2024-05-05 21:49

“Sabah”a bir qol bəs etdi – VİDEO

blank
Digər idman növləri2024-05-05 21:21

Azərbaycan gimnastı Avropa Kubokunda gümüş medal qazandı

blank
Premyer-liqa2024-05-05 20:57

“Sabah”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-05 20:22

Göygöldə Avropa Kuboku başa çatdı, Azərbaycan birinci oldu

blank
Premyer-liqa2024-05-05 20:00

Ayxan Abbasov: “Bacarmasam, çıxıb gedəcəyəm” – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:38

“Turan Tovuz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:19

Rəşad Sadıqov: “Bərabərlik də ədalətli nəticə olardı” – VİDEO

blank
Əvəzedicilər2024-05-05 18:59

“Qarabağ”ın əvəzediciləri “Neftçi”yə uduzdu

blank
Premyer-liqa2024-05-05 18:29

“Turan Tovuz” “Zirə”yə evdə uduzdu

blank
Digər idman növləri2024-05-05 17:31

“Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-05 17:09

Azərbaycan yığması Avropa Kubokunda növbəti medalı qazandı

blank
Digər idman növləri2024-05-05 16:22

“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi

blank
Əvəzedicilər2024-05-05 14:29

Əvəzedicilərin yarışında 33-cü turun təyinatları

blank
Dünya futbolu2024-05-05 13:33

Milli karyerasını başa vurdu

blank
Ölkə futbolu2024-05-05 12:41

“Qarabağ”dan hücumçusu ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-05 12:22

Bu gün Bakıdakı Avropa Kubokuna yekun vurulacaq

blank
Digər idman növləri2024-05-05 11:22

“Bakı Marafonu 2024” start götürüb

blank
Dünya futbolu2024-05-05 11:11

22 il sonra Premyer Liqada

blank
Dünya futbolu2024-05-05 09:30

“Şeffild Yunayted” son 100 ildə 100 qol buraxan ilk komanda oldu

blank
Premyer-liqa2024-05-05 09:11

“Turan Tovuz” “Zirə”yə, “Araz-Naxçıvan” “Sabah”a qarşı

blank
Digər idman növləri2024-05-05 08:52

Daha bir ulduz tennisçi Roma turnirində olmayacaq

blank
Digər idman növləri2024-05-05 08:35

Mayamidə Ferstappen sprintin qalibi oldu

blank
Digər idman növləri2024-05-05 08:17

Avroliqa iştirakçıları səsvermə ilə seçiləcək

blank
Ölkə futbolu2024-05-05 08:00

“Sumqayıt”a son dəqiqə şoku, “Neftçi” üçün 5 ballıq zəlzələ

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm