Ölkə futbolu
“Milan”la “Yuve” yenə Qətərdə qarşılaşacaq
İtaliya Superkubokunun keçiriləcəyi məkan müəyyənlə…
İtaliya Superkubokunun keçiriləcəyi məkan müəyyənləşib. Qarşılaşma ölkə xaricində oynanılacaq.
Həlledici matçda A seriyasının və ölkə kubokunun qalibi “Yuventus”la kubokun finalçısı “Milan” üz-üzə gələcək. Yerli futbol federasiyası görüşün Qətərdə keçirilməsini qərara alıb. Adıçəkilən oyun dekabrın 23-də Doha şəhərində baş tutacaq.
Qeyd edək ki, İtaliya Superkuboku ikinci dəfə Qətərə salınıb. 2014-cü ildə həmin məkanda “Napoli” “Yuventus”u (2:2) oyunsonrası penaltilərlə (6:5) məğlub edib.