Milli komanda
Millimiz Türkiyə yığmasını məğlub etdi
Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnir…
Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda Azərbaycan milli komandası üçüncü oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, Türkiyə yığması ilə qarşılaşan millimiz 3:1 hesabı ilə qələbə qazanıb.
Komandamızın qollarını Vaqif Şirinbəyov, Asif Zeynalov və Əbdül Əliyev vurub.
Qeyd edək ki, əvvəlki oyunlarında İspaniyaya 4:2 hesabıyla qalib gələn millimiz İsveçrəyə 6:7 hesabıyla uduzmuşdu.