Milli komanda
“Azərbaycanla görüş çox çətin olacaq”
“Mundiala yüksək əhval-ruhiyyədə qatılırıq. Amma oyu…
“Mundiala yüksək əhval-ruhiyyədə qatılırıq. Amma oyun planında tam hazır olduğumuzu deyə bilmərəm”. Futbolinfo.az xəbər verir ki, bu sözləri futzal üzrə İspaniya millisinin baş məşqçisi Venansio Lopes deyib.
O, sabah start götürəcək dünya çempionatının final mərhələsi haqda fikirlərini açıqlayıb. Lopes Azərbaycan yığması ilə birlikdə mübarizə aparacaqları qrupun çətinliyindən danışıb: “Bəzi çatışmazlıqlar var ki, hələ onların üzərində çalışırıq. İlk oyunadək 5 məşqimiz olacaq və bunun üzərində işləyəcəyik. Üstəlik, qrup mərhələsi də var ki, burada nəyə iddia edə biləcəyimizi görəcəyik. Hər matça ciddi yanaşmalıyıq. Çünki onların hər biri titul iddiasında ola bilər. Çempion olmaq istəyiriksə, buna addım-addım getməliyik. İlk növbədə qrupu düşünürük. Azərbaycan, İran və Mərakeşlə görüşlər çox çətin olacaq. Hazırda 1-ci oyunu – İranla matçı fikirləşirik. Qrupda hər üç qarşılaşmanı qələbəylə başa vurmaq iddiasındayıq”.