Premyer-liqa
"Qarabağ"ın oyununda çex "casus"
Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start verili…
Bu gün Azərbaycan Premyer Liqasında 4-cü tura start verilib. Futbolinfo.az xəbər verir ki, bir neçə dəqiqə öncə Masazırdakı "Əlincə Arena"da start götürən turun açılış matçında "Qarabağ" AZAL-la münasibətlərinə aydınlıq gətirir.
Ağdam klubunun bu oyunu Avropa Liqasındakı rəqiblərinin diqqətindən kənarda qalmayıb. Belə ki, Çexiyanın "Slovan" klubunun məşqçisi Yaroslav Köstl bu qarşılaşmanı "Əlincə Arena"dan canlı izləyir.
Qeyd edək ki, "Qarabağ" Avroliqanın qrup mərhələsindəki ilk matçını məhz "Slovan"a qarşı keçirəcək. Bu matç sentyabrın 15-də "Dalğa Arena"da baş tutacaq.