Premyer-liqa
“Kəpəz” sabah Gəncəyə yola düşür
Topaz Premyer Liqasının 4-cü turunda Gəncədə “Zirə&rd…
Topaz Premyer Liqasının 4-cü turunda Gəncədə “Zirə”ni qəbul edəcək “Kəpəz” qarşıdakı oyunun Bakı hazırlığını bu gün başa vurub. Futbolinfo.az xəbər verir ki, komanda sabah Nizami yurduna gələrək matç öncəsi son məşqinə görüşün keçiriləcəyi şəhər stadionunda çıxacaq.
Hazırlıq prosesi saat 17:00-da başlayacaq. Məşq mətbuat və azarkeşlər üçün açıq olacaq.
Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Farer adaları ilə qarşılaşma üçün U-21 yığmasının heyətində olan Orxan Əliyev də “Kəpəz”ə qoşulub. Yığmanın oyunundan sonra bir gün istirahət edən futbolçu “sarı-göylər”in dünən və bu günə olan məşqlərində iştirak edib.
Xatırladaq ki, Əliyev Farer adaları ilə oyunda ikinci hissədə forma geyinmək şansı qazanıb. Gənc yarımmüdafiəçi “Kəpəz”in U-21 yığması ilə yoxlama matçında da meydanda olaraq şərəfini qoruduğu klubun qapısına iki qol vurmuşdu.