Bizi izləyin

Ölkə futbolu

AÇ-2020-nin oyunlarının Bakıda keçirilməsi üzrə Təşkilat Komitəsi yaradıldı

Prezident İlham Əliyev 2020-ci ildə futbol üzrə Avropa &ccedi…

blank

Prezident İlham Əliyev 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında sərəncam imzalayıb. Futbolinfo.az xəbər verir ki, Azərbaycanın artan beynəlxalq nüfuzu və idmana dövlət qayğısı sayəsində hər il ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilir. Belə yarışlar sırasında futbol xüsusi yer tutur. 17 yaşınadək qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə və 17 yaşınadək kişilər arasında futbol üzrə Avropa çempionatının final mərhələsinin 2016-cı ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir.

2014-cü il sentyabrın 19-da Avropa Futbol Assosiasiyaları Birliyi (UEFA) İcraiyyə Komitəsinin 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi haqqında qərar qəbul etməsi əlamətdar hadisədir. Avropa futbolu tarixində ilk dəfə yeni formatda təşkil olunan Avropa çempionatının 4 oyununun Bakı şəhərinə həvalə edilməsi ölkəmizdə görülən bütün işlərə, o cümlədən idman və bədən tərbiyəsi sahəsində əldə edilən nailiyyətlərə beynəlxalq və Avropa futbol qurumları tərəfindən verilən yüksək qiymətin göstəricisidir.

Bu oyunların Bakıda təşkili futbolun daha da inkişafına, ölkəmizdə idman sahəsində həyata keçirilən dövlət siyasətinin gücləndirilməsinə, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, dünya idman aləmində önəmli yer tutmasına şərait yaradacaqdır.

Sərəncamda qeyd olunur ki, 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə 2020-ci ilin iyun ayında futbol üzrə Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə aşağıdakı tərkibdə yerli Təşkilat Komitəsi yaradılsın:

Təşkilat Komitəsinin sədri

Yaqub Eyyubov – Azərbaycan Respublikası Baş nazirinin birinci müavini

Təşkilat Komitəsinin sədr müavini

Rövnəq Abdullayev – Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Prezidenti, Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi ilə bağlı əməliyyat işlərinin rəhbəri

Təşkilat Komitəsinin üzvləri

Hacıbala Abutalıbov – Bakı Şəhər İcra Hakimiyyətinin başçısı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Əli Əsədov – Azərbaycan Respublikası Prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Azərbaycan Respublikası Prezidenti Administrasiyası rəhbərinin müavini

Fatma Abdullazadə – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Humanitar siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Azad Rəhimov – Azərbaycan Respublikasının gənclər və idman naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Elmar Məmmədyarov – Azərbaycan Respublikasının xarici işlər naziri

Şahin Mustafayev – Azərbaycan Respublikasının iqtisadiyyat naziri

Samir Şərifov – Azərbaycan Respublikasının maliyyə naziri

Ramil Usubov – Azərbaycan Respublikasının daxili işlər naziri

Mikayıl Cabbarov – Azərbaycan Respublikasının təhsil naziri

Ziya Məmmədov – Azərbaycan Respublikasının nəqliyyat naziri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Oqtay Şirəliyev – Azərbaycan Respublikasının səhiyyə naziri

Əbülfəs Qarayev – Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri

Ramin Quluzadə – Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri

Mədət Quliyev – Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi

Elçin Quliyev – Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi

Aydın Əliyev – Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri

Cahangir Əsgərov – “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü

Etibar Pirverdiyev – “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti

Balababa Rzayev – “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri

Çingiz Hüseynzadə – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Anar Ələkbərov – Heydər Əliyev Mərkəzinin direktoru

Ağacan Abiyev – Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin Baş katibi, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü

Fərhad Hacıyev – Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru

İlham Mədətov -XXIX və XXX Yay Olimpiya Oyunlarında Azərbaycan idman nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin üzvü (təşkilat komitəsinin katibi)

Elxan Məmmədov – Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının Baş katibi, Avropa çempionatının 4 oyununun (üç qrup və bir 1/4 oyunu) Bakı şəhərində keçirilməsi üzrə əlaqələndirici

2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı bütün təşkilati işlərin icra olunması, UEFA və Avropa çempionatının 12 təşkilatçı ölkəsinin futbol federasiyaları ilə əlaqələndirmə işlərinin aparılması Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına həvalə olunur.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı xüsusi tədbirlər planı hazırlayıb Təşkilat Komitəsinə təqdim etmək, 2020-ci ildə futbol üzrə Avropa çempionatının 4 oyununun Bakı şəhərində keçirilməsi ilə bağlı zəruri məsələləri həll etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Reklam

Reklam


blank
Ölkə futbolu2024-04-20 16:18

Təbriz klubu yenə uduzdu

blank
Digər idman növləri2024-04-20 16:00

Pekin marafonunda qalmaqal: medallar geri alındı

blank
Premyer-liqa2024-04-20 15:52

“Qarabağ” “Qəbələ”yə qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-20 15:38

Kanada millisinin dünya çempionatı üçün heyəti güclənir

blank
Dünya futbolu2024-04-20 15:19

“Mançester Yunayted”də yeni təyinat

blank
Digər idman növləri2024-04-20 15:00

Azərbaycan çempionatında yarımfinalçılar müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 14:39

MBA-da mükafat fondu artırıldı

blank
Ölkə futbolu2024-04-20 14:22

“Neftçi”nin iki futbolçusu “Zirə”yə qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 14:07

Avroliqada yeni rekord

blank
Dünya futbolu2024-04-20 13:50

La Liqa klubundan baş məşqçi ilə yeni müqavilə

blank
Əvəzedicilər2024-04-20 13:35

Əvəzedicilərin yarışında 31-ci turun təyinatları müəyyənləşdi

blank
Digər idman növləri2024-04-20 13:20

MBA-da pley-offun son cütlükləri də bəlli oldu

blank
Dünya futbolu2024-04-20 13:03

“Qalatasaray”da 5 yeni müqavilə

blank
Ölkə futbolu2024-04-20 12:48

“Qəbələ”nin 2 futbolçusu “Qarabağ”a qarşı oynamayacaq

blank
Digər idman növləri2024-04-20 12:31

Çində gözlənilməzlik: Həmilton mübarizəni dayandırdı

blank
Digər idman növləri2024-04-20 12:16

Bu gün Azərbaycan Kubokunun qalibi bəlli olacaq

blank
Digər idman növləri2024-04-20 11:57

“Real”ın rəqibi məlum oldu

blank
Digər idman növləri2024-04-20 11:40

Ferstappen Çində də birinci oldu

blank
Digər idman növləri2024-04-20 11:23

Abasovun Torontoda növbəti sınağı

blank
Ölkə futbolu2024-04-20 11:05

Sərtan vacib matçda 81 dəqiqə oynadı

blank
Ölkə futbolu2024-04-20 10:47

Orxan Məmmədov vacib oyundan əvvəl “Zirə”ni ziyarət etdi

blank
Ölkə futbolu2024-04-20 10:30

Zirədə 2-ci yer uğrunda oyun

blank
Dünya futbolu2024-04-20 02:00

“Atletik”lə “Qranada”dan heç-heçə

blank
Dünya futbolu2024-04-20 01:44

“Yuventus” yenə xal itirdi

blank
Dünya futbolu2024-04-20 01:30

“Ayntraxt” inamlı qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-20 01:15

“Nitsa”dan darmadağın

blank
Dünya futbolu2024-04-20 01:00

Dubla imza atdı, həftənin ən yaxşı oyunçusu seçildi

blank
Dünya futbolu2024-04-20 00:29

Avroliqada həftənin ən yaxşı futbolçusu müəyyənləşdi

blank
Dünya futbolu2024-04-20 00:04

“Beşiktaş”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-19 21:00

“Sumqayıt” avrokubok iddiasını davam etdirir

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm