Milli komanda
Millimiz Çexiyaya məğlub oldu
Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnir…
Çimərlik futbolu üzrə FIFA Dünya Kuboku-2017 turnirinin İtaliyanın Yezolo şəhərində təşkil olunmuş Avropa komandaları arasında seçmə mərhələsinin ikinci raundunda Azərbaycan milli komandası bu gün növbəti oyununu keçirib. Futbolinfo.az xəbər verir ki, yığmamız 5-8-ci yerlər uğrunda oyunda Çexiya ilə qarşılaşıb.
Oyun millimizin 3:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandamızın heyətində Amid Nəzərov, Asif Zeynalov və Əbdül Əliyev fərqlənib.
Xatırladaq ki, Azərbaycan yığması bu turnirdəki əvvəlki oyunlarında Fransa (2:3), Macarıstan (7:3), Bolqarıstan (4:1), İspaniya (3:2), İsveçrə (6:7) və Türkiyə (3:1) ilə qarşılaşmışdı.