Ölkə futbolu
Ruslan Qurbanov vədinə xilaf çıxmadı
Ruslan Qurbanov vədinə əməl etdi. Futbolinfo.az xəbər verir ki, …
Ruslan Qurbanov vədinə əməl etdi. Futbolinfo.az xəbər verir ki, "Neftçi"dən "Qəbələ"yə yenicə transfer olmuş futbolçu "ağ-qaralar"ın qapısına vurduğu qolu çılğınlıqla qeyd etməyib.
O, Premyer Liqanın 4-cü turu çərçivəsində keçirilən matçda meydan sahiblərini 5-ci dəfə meydanın mərkəzinə dəvət edən qola imza atdıqdan sonra sadəcə, əllərini havaya qaldırıb.
Qeyd edək ki, futbolçu oyundan əvvəl bildirmişdi ki, sabiq komandasını məyus edəcəyi təqdirdə, qol sevincini büruzə verməyəcək.