Müsahibə
Ruslan Qurbanov: "Şadam ki, "Neftçi" kimi rәqibi belә udduq"
"Qəbələ"nin hücumçusu Ruslan Qurbanov Azərba…
"Qəbələ"nin hücumçusu Ruslan Qurbanov Azərbaycan Premyer Liqasının 4-cü turu çərçivəsində sabiq klubu "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, millimizin də şərəfini qoruyan futbolçu 8:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
– Etiraf edim ki, 8:0 hesabıyla qalib gələcəyimizi gözlәmirdik. Buna baxmayaraq sevinirәm ki, "Neftçi" kimi rәqibi belә udduq.
– Oyundan әvvәl dә qeyd etmişdin ki, fәrqlәnәcәyin tәqdirdә bunu xüsusi qeyd etmәyәcәksәn…
– Mәn bunu edә bilmәzdim. "Neftçi' mәnim bu sәviyyәyә yüksәlmәyimdә әsas pay sahibidir. Bu komandanın azarkeşlәrinә vә rәhbәrliyinә böyük hörmәtim var.
– Necә hesab edirsәn, nәticәnin acınacaqlı olmasında Vәli Qasımovun yoxluğu nә dәrәcәdә rol oynadı?
– Buna zәrrә qәdәr şübhәm yoxdur. Vәli müәllimә "yastığınız yüngül olsun" deyirәm. Ona tezliklә komandanın sükanı arxasına qayıtmağı arzulayıram.
– Qarşıdan Avroliqa oyunu gәlir. Aydın mәsәlәdir ki, Belçika "Anderlext"i ilә "Neftçi"ni müqayisә etmәk olmaz…
– "Anderlext" nәinki Belçikanın, Avropanın top komandasıdır. Bacardığımızın әn yaxşısını ortaya qoyacağıq ki, siz jurnalistlәri mәmnun edәk, Azәrbaycan futbolsevәrlәrini sevindirәk.
CEYHUN ƏLİYEV