Bizi izləyin

Ölkə futbolu

Bağırzadənin qarışdırdıqları…

"Neftçi"nin Müşahidə Şurasının üzv&uum…

blank
"Neftçi"nin Müşahidə Şurasının üzvü Bəhram Bağırzadənin sosial şəbəkədə yazdığı status qətiyyət göstəricisi deyil. Vuracağıq, dağıdacağıq, heç kim bizə heç nə edə bilməz, nə bilim nə. Burada daha çox ağlaşma, özünümüdafiə, bir az da şantaj elementləri var.
 
Sitatlarla diqqət yetirək:
 
"Əziz “Neftçi” azarkeşləri! Biz Sizə bildirmək istəyirik ki, Sizi aldadırlar. Klubumuza qarşı kampaniyalar hələ ötən ildən başlamışdı. Müşahidə Şurası yaradılan kimi vəzifəli adamların qohum və tanışları işdən kənarlaşdırıldı, uşaq futboluna “tanışlıq”la qəbul edilmiş şəxslər klubdan uzaqlaşdırıldı".
 
Bəli, "Neftçi" azarkeşləri aldadılır. Bu gün də. Gələrkən verdiyiniz vədləri xatırlayın və nəticələrə diqqət edin. Elə siz də aldadanların sırasındasız, Bəhram bəy. Bəhanələr isə vacib deyil – azarkeşi bu maraqlandırmır. Bu qədər dəstəyin qarşılığında heç nə edə bilmirsizsə, deməli, ilk növbədə aldadan siz özünüzsüz. Normal büdcə qarşılığında komanda qura bilməmisizsə, deməli, siz də aldadanlardan birisiz.
 
Qohum-tanış söhbətinə gəlincə, şuradakı şəxsləri, eləcə də klubdakı digər vəzifəliləri bir-bir gözünüzün qarşısına gətirin və onların nəyə görə olduğunu yada salın:
AFFA-nın vitse-prezidenti Elşad Nəsirovun dostu, baş katib Elxan Məmmədovun kadrı, atası SOCAR-da vəzifə sahibi olan oğul və s. və i. Lap elə siz özünüz – "KVN-şik" hara, futbol idarəçiliyi hara? Nə kluba sərmayə qoyan adamsız, nə də hansısa idarəşilik bacarığınız var. O zaman bu kluba kimin hesabına gəlmisiz? Gedin, şampununuzu reklam edin də…
 
"Buna qədər “Neftçi”dən aybaay minlərlə dollar rüşvət alan jurnalist və saytlar əks-mövqe nümayiş etdirməyə başladılar. Klub tərəfindən verilən aylıq rüşvət dayandırılan kimi bu jurnalistlər təşkilatlanmış şəkildə “Neftçi”yə qarşı məqalələr yazmağa başladılar. Bunun müqabilində klub samballı saytlarla əməkdaşlıq etməyə başladı".
 
Bu qeydləriniz bəlkə də qismən doğrudu. Amma siz də sələfləriniz kimi insanları qarşı-qarşıya qoyursuz. Jurnalistlər futbol təsərrüfatında hamıdan çox əziyyət çəkib, hamıdan az qazanan insanlardı. Siz isə qələm əhlini rüşvətxor sayırsız. Bütün sənədlər, KİV-lə müqavilələr əlinizdədi, zəhmət olmasa, ad çəkin, siyahı açıqlayın. Mənə də minlərlə dollar rüşvət alan jurnalistlərin siyahısı maraqlıdı. Ola bilər, həmin siyahıda yersiz pul alan jurnalistlər olub, lakin razılaşın ki, stadionlarda yatıb, tribunalarda oyanan, yağış-qar demədən əziyyət çəkən qələm əhlini də rüşvətxorların siyahısına salmaqla günah işlədirsiz. Yəni, hamı şərəfini itirib, bircə sizsiz təmiz adam?
 
İndi əməkdaşlıq etdiyiniz saytları fərqləndirməyiniz də mətbuat nümayəndələri arasına nifaq toxumu səpməkdən başqa bir şey deyil. AFFA-nın baş katibi Elxan Məmmədov Media Komitəsi oyunu ilə mətbuatı parçaladı, siz isə bu açıqlama ilə cəbhə səngərini dərinləşdirirsiz.
 
Siz açıqlamırsız, mən yazaram. "Neftçi"nin indi əməkdaşlıq etdiyi 5 KİV-dən biri "Futbolinfo"du. Və şükürlər olsun ki, gizlədəcəyimiz bir şey yoxdu, dövlətin vergisini də veririk, pul da hesabımıza bank vasitəsi ilə köçürülür. Klubunuz saytımıza aylıq 500 manat xidmət haqqı ödəyir. Və bunu rəhbərliyi müdafiə etmək müqabilində almırıq, müqavilədə hansı layihəni işıqlandırmaqla bağlı konkret bənd var, işimizi görür, redaksiyanın tələbatlarını qarşılayırıq. Məlumatınız olsun ki, müqavilə müddəti 3 aydı bitib və biz də sizi əməkdaşlığın bitməsindən sonra qərəzli tənqid etmirik, kiminləsə birləşib təşkilatlanmamışıq. Həmkarlarımız da məncə, olanı yazır, indiki durumuna görə "Neftçi"nin tənqid payı hətta lazım olandan azdı.
 
Yeri gəlmişkən, bizimlə əməkdaşlığı da siz istəmisiz. Gördüyümüz işin keyfiyyətinə, obyektiv yanaşmaya, qərəzsizliyə, bəlkə də qorxduğunuza görə – nə səbəbdəndi, özünüz bilərsiz, lakin nə siz, nə də klubun hansısa işçisi "Futbolinfo"ya hansısa göstəriş verə bilməz. Bunu zaman-zaman göstərmişik. Abunə kartları ilə bağlı əməkdaşlıq planının tələblərinə uyğun işimizi görmüşük.
 
"Nə Samir Əliyevə, nə də Əsgər Abdullayevə işləməyə imkan vermədilər. Biz onları müdafiə etmək istəsək də, sifarişli yazıların təsiri altına düşən azarkeşlər onların dərhal qovulmasını tələb etdi. Hər iki məşqçi bu təzyiqə davam gətirməyərək öz xahişləri ilə tutduqları vəzifədən ayrıldılar. Bu məşqçilər indi də ölkəmizdədirlər və əgər ehtiyac olarsa, onlar hansı təzyiq altında işlədikləri barədə və qarşılaşdıqları çətinliklər haqqında danışa bilərlər. Bundan başqa, azarkeş toplumunu təmsil edən bəzi şəxslər bizə xəyanət etdi. Klubdan böyük maliyyə dəstəyi alan bu sıravi azarkeşləri də aldatdılar. Azarkeş toplumunu inkişaf etdirmək məqsədi ilə klubdan pul alan şəxslər komandaya qarşı məqsədli etirazlar və çıxışlar təşkil etdi. Əgər ehtiyac olarsa, biz bu şəxslərin adlarını siyahı şəklində açıqlaya bilərik. Nəticədə əsas komandanın oyunu hazırki səviyyəyə endi. Komandaya gələn futbolçular açıq-aşkar məşqçilərin “ayağının altını qazmağa” başaldı. Bununla yanaşı, transfer siyasəti də klub icraçıları və məqşiləri tərəfindən biabırçı şəkildə icra edildi".
 
"Bu açıqlama da yersizdi və daha çox özünümüdafiəyə oxşayır. "Klubdan maliyyə dəstəyi alan azarkeş" nə deməkdi? Qalanı şərh etmək belə istəmirəm. Elə bu açıqlama futbol adamı olmadığınızı və bu sahəyə kiminsə vasitəsi ilə gətirildiyinizi göstərir. Mən bilən əsas vəzifəniz azarkeşlərlə iş olmalıydı. Sayənizdə, yarıtmaz fəaliyyətiniz nəticəsində tribunalar boş qalıbsa, başqalarını tənqid etməyə nə gərək? Atalar məsəli var: "Yatan öküzün başına qalxan öküz…"
 
"Əsas komanda “ağır yaralanıb” və yenidən qurulacaq. Amma aldadılmağınıza imkan verməyin! Bizi tutduğumuz yoldan sapdırmaq istəyirlər. Bir çox insanlar istəyir ki, bahalı legionerlər cəlb edib onlara və agentlərinə pul qazandırsınlar. Bir çoxları bu klubun puluna göz dikib yenidən ona əl uzatmağa çalışırlar. Bütün məsuliyyətimizlə bildiririk ki, sona qədər mübarizə aparacağıq. Biz “Neftçi”ni yüksəldib çempion edəcəyik! Biz bu komandanı sizdən az sevmirik, amma bu yoldan da dönməyəcəyik. Sadəcə, səbr edin və inanın ki, biz doğma “Neftçi”mizin ruhunu qaytaracağıq. Çirkin əllərin bu kluba yaxınlaşmasına imkan verməyəcəyik! Təxribatlara uymayın".
 
Bu sitat və statusun qalan hissəsi də iz azdırmağa hesablanıb. Ona görə də cümləbəcümlə şərhə ehtiyac yoxdu. Bəhram bəyin haqlı olduğu məqamlar da var. Lakin bütün bunlar sosial şəbəkədə bölüşüləcək məsələlər deyil. Yazdıqlarınızı şuranın iclasında müzakirə edib çıxış yolları tapmalı, özünüz bacarmırsızsa, mütəxəssislərlə – amma vaxtında – həll yollarını müzakirə etməliydiz. Yıxılandan sonra zarımaq sizə yaraşmaz.
 
CAVAD
Reklam

Reklam


blank
Premyer-liqa2024-04-19 14:41

“Qarabağ”la “Qəbələ”nin 77-ci dueli

blank
Digər idman növləri2024-04-19 14:24

Azərbaycan çempionatında həlledici mərhələnin ilk oyunlarının təqvimi açıqlandı

blank
Digər idman növləri2024-04-19 14:10

Ataman üçün acı xəbər

blank
Digər idman növləri2024-04-19 13:52

Çində ən yaxşı nəticəni “Maklaren” sürücüsü göstərdi

blank
Ölkə futbolu2024-04-19 13:35

“Boykot narazılığı ifadə etmək üçün ən yaxşı üsul deyil” – “Neftçi” rəsmisi

blank
Dünya futbolu2024-04-19 13:20

Naqelsmann yığmada qaldı – müqavilə müddəti uzadıldı

blank
Müsahibə2024-04-19 13:19

Sertan özündən narazıdır: “Daha yaxşısını edə biləcəyimi düşünürəm”

blank
Ölkə futbolu2024-04-19 13:01

“Qəbələ”də daha bir vida – legioner yola salındı

blank
Digər idman növləri2024-04-19 12:44

Ən yaxşı snayper müəyyənləşdi

blank
Ölkə futbolu2024-04-19 12:27

AFFA Tovuza elə bir hakim göndərib ki…

blank
Digər idman növləri2024-04-19 12:10

MHL-də mövsümün ən məhsuldar oyunçusu bəlli oldu

blank
Dünya futbolu2024-04-19 11:53

İngilislərin fiaskosu və “Atalanta” kuboku qazansa…

blank
Digər idman növləri2024-04-19 11:35

Azərbaycan tennisçisi beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-19 11:20

İtaliya ÇL-də 5 komanda ilə təmsil olunacaq

blank
Premyer-liqa2024-04-19 11:06

“Turan Tovuz” – “Sumqayıt” və “Zirə” – “Neftçi” matçlarının hakimləri bilindi

blank
Ölkə futbolu2024-04-19 10:57

Tovuzdakı vacib matç Əliyar Ağayevə tapşırıldı

blank
Dünya futbolu2024-04-19 10:49

Kloppun məğlubiyyət şərhi

blank
Digər idman növləri2024-04-19 10:34

Oyunların tarixi açıqlandı

blank
Dünya futbolu2024-04-19 10:17

Həftənin ən yaxşısı adına namizədlər

blank
Digər2024-04-19 10:00

MİSLİ ilə qazan!

blank
Dünya futbolu2024-04-19 09:45

“Bayer”dən Avropa rekordu

blank
Ölkə futbolu2024-04-19 09:30

Tovuzda prinsipial oyun

blank
Digər idman növləri2024-04-19 09:12

Kanadada növbəti məğlubiyyət

blank
Ölkə futbolu2024-04-19 08:52

Yüksək əmsal “Qarabağ”a əlavə üstünlük verir

blank
Digər idman növləri2024-04-19 08:35

“Dream team”in üzvləri çıxış edəcəkləri formaları nümayiş etdirdilər

blank
Digər idman növləri2024-04-19 08:17

Çin qran-prisi üçün xüsusi kubok hazırlandı

blank
Ölkə futbolu2024-04-19 08:00

Juninyoya Niderlanddan da müştəri çıxdı

blank
Dünya futbolu2024-04-19 02:09

KL: “Fənərbaxça” mübarizəni dayandırdı

blank
Dünya futbolu2024-04-19 01:55

Avroliqada yarımfinalçılar bəlli oldu

blank
Digər idman növləri2024-04-18 21:30

Azərbaycan cüdoçuları Avropa Kuboku turnirində iştirak edəcək

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm