Dünya futbolu
"Beşiktaş" heç-heçə, "Barselona" və "Bavariya" darmadağınla başladı
UEFA Çempionlar Liqasında 2016/2017 mövsümün&uu…
UEFA Çempionlar Liqasında 2016/2017 mövsümünün qrup mərhələsinə start verilib. Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə A, B, C və D qruplarında mübarizə başlayıb.
Əsas diqqət çəkən görüş Parisdə baş tutub. PSJ öz meydanında “Arsenal”la xalları yarı bölüb.
Azərbaycanlı azarkeşlərin diqqətlə izlədiyi Türkiyənin turnirdəki yeganə təmsilçisi “Beşiktaş” səfərdə “Benfika” ilə münasibətlərinə aydınlıq gətirib. “Qartallar” uzun müddət məğlub durumda olduğu görüşün son dəqiqəsində bərabərlik qolunu vurmağı bacarıblar.
“Barselona” "Nou Kamp"da "Seltik"i topa tutub – 7:0. “Bavariya” da "Rostov"u meydana çıxmağına peşman edib – 5:0.
“Mançester Siti” – "Borussiya Münhenqladbax" görüşü isə güclü yağış səbəbindən təxirə salınıb.
UEFA Çempionlar Liqası
Qrup mərhələsi
1-ci tur
13 sentyabr
A qrupu
“Bazel” (İsveçrə) – “Ludoqorets” (Bolqarıstan) – 1:1
Qollar: Stefen, 80 – Kafu, 45.
PSJ (Fransa) – “Arsenal” (İngiltərə) – 1:1
Qol: Kavani, 1 – Aleksis Sançez, 78
B qrupu
“Benfika” (Portuqaliya) – “Beşiktaş” (Türkiyə) – 1:1
Qol: Cervi, 12 – Talişka, 90+3
“Dinamo” (Kiyev, Ukrayna) – “Napoli” (İtaliya) – 1:2
Qollar: Qarmaş, 26 – Milik, 36; 45+2.
C qrupu
“Barselona” (İspaniya) – “Seltik” (Şotlandiya) – 7:0
Qollar: Messi, 3; 27; 60. Neymar, 50. İnyesta, 59. Suarez, 75; 88.
“Mançester Siti” (İngiltərə) – “Borussiya” (Mönhenqladbax, Almaniya) – (təxirə salınıb)
D qrupu
“Bavariya” (Almaniya) – “Rostov” (Rusiya) – 5:0
Qollar: Levandovski, 28. Müller, 45. Kimmix, 53; 60. Bernat, 90.
PSV (Hollandiya) – “Atletiko” (İspaniya) – 0:1
Qol: Nigez, 43.
- Ölkə futbolu2024-04-17 17:17
Kadiri yeni məşqçiyə uyğunlaşır: “Zamana ehtiyacımız var”
- Müsahibə2024-04-18 08:00
Rezabala avrokuboka vəsiqə istəyir: “Səhv etməyə ixtiyarımız yoxdur”
- Müsahibə2024-04-17 16:07
Sekidika çempionatın səviyyəsindən razıdır: “İstənilən komandanı məğlub etmək olar”
- I Liqa2024-04-17 17:34
Apellyasiya Arbitraj Tribunalı AFFA İntizam Komitəsinin qərarını dəyişdi