Milli komanda
Millimiz xal itirib, 3 pillə irəlilədi
FIFA milli komandaların növbəti reytinq cədvəlini açı…
FIFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, yığmamız budəfəki siyahıda ötən ayla müqayisədə 12 xal itirsə də, 3 pillə irəliləyib.
Aktivində 252 xal olan ölkəmiz hazırda 133-cü mövqedə qərarlaşıb.
Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya 3, Şimali İrlandiya 30, Çexiya 33, Norveç 70, San Marino isə 201-ci pillədədi. Siyahının ilk pillələrini isə müvafiq olaraq, Argentina və Belçika tutur.
Qeyd edək ki, FIFA növbəti reytinq cədvəlini oktyabrın 20-də açıqlayacaq.