Ölkə futbolu
Kvekveskiri "Anderlext"ə qarşı niyə oynamadı?
“Qəbələ”nin futbolçusu Nika Kvekveskiri UEFA Avr…
“Qəbələ”nin futbolçusu Nika Kvekveskiri UEFA Avropa Liqasının qrup mərhələsinin 1-ci turunun keçirilən Belçika "Anderlext"i ilə səfər qarşılaşmasında iştirak etmədi. Futbolinfo.az xəbər verir ki, buna gürcüstanlı yarımmüdafiəçinin oyundan öncə keçirilən son məşq zamanı zədələnməsi səbəb olub.
Aldığı xəsarət onun sözügedən görüşdə oynamasına imkan verməyib. Kvekveskirinin meydana nə vaxt dönəcəyi müayinədən sonra bilinəcək.
Xatırladaq ki, Topaz Premyer Liqasının 4-cü turunun “Neftçi” ilə oyununda əzələsini dartan Elvin Camalov da bu görüşdə iştirak edə bilməyib. Dayaq yarımmüdafiəçisi ən azı iki həftə meydanlardan kənar qalacaq.
- Premyer-liqa2024-05-04 21:21
“Neftçi” “Qarabağ”a böyük hesabla uduzdu
- Milli komanda2024-05-04 15:39
Millimiz UEFA İnkişaf Turnirində ikinci oyununda da uduzdu
- Premyer-liqa2024-05-04 18:59
Samir Abasov: “Bu, “Qarabağ”la matçdakı yorğunluqdan irəli gələ bilər” – VİDEO
- Ölkə futbolu2024-05-04 10:19
“Araz-Naxçıvan”ın baş məşqçisi: “Rəqib tapmaq çətinləşir”