Dünya futbolu
Kamranla Eminin komandası ev oyununda uduzdu
Futbol üzrə Portuqaliya Premyer Liqasında 5-ci turun oyunları …
Futbol üzrə Portuqaliya Premyer Liqasında 5-ci turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular Kamran Ağayevlə Emin Mahmudovun komandası – "Boavişta" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Feyrense" ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.
Kamranla Eminin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, "Boavişta" 5 turdan sonra 5 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.