Dünya futbolu
Vüqar Latviyada het-trikə imza atdı
Futbol üzrə Latviya birinci liqasında 23-cü turun oyunlar?…
Futbol üzrə Latviya birinci liqasında 23-cü turun oyunları keçirilib. Futbolinfo.az xəbər verir ki, azərbaycanlı futbolçular – Orxan Həsənəliyevlə Vüqar Əsgərovun komandası – "Olayne/Super Nova" da növbəti matçına çıxıb.
Sözügedən klub doğma meydanda "Smiltene" ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb – 4:1.
Vüqar bu oyuna start heyətdə çıxıb və 81-ci dəqiqədə əvəzlənib. Orxan isə 46-cı dəqiqədə meydana daxil olub.
Komandasının bombardiri olan Vüqar bu oyundakı qələbədə də böyük pay sahibi olub. 3-cü dəqiqədə hesabı açan futbolçumuz 63 və 72-ci dəqiqələrdə daha iki qol vuraraq, het-trikini rəsmiləşdirib.
Bununla da millimizin sabiq forvardı vurduğu qolların sayını 30-a çatdırıb. Həsənəliyev isə cari mövsümdə 9 qol vurub.
Qeyd edək ki, geridə qalan turlarda 49 xal toplayan "Olayne" 15 klub arasında 3-cü pillədə qərarlaşıb.