Milli komanda
Vassura: "Azərbaycan mənim ürəyimdir"
Futzal üzrə dünya çempionatının final mərhələsi…
Futzal üzrə dünya çempionatının final mərhələsində çıxışını davam etdirən Azərbaycan millisinin üzvü Vassura 1/8 final mərhələsi çərçivəsində Tailanda qarşı keçiriləcək oyundan öncə FİFA-nın təşkil etdiyi rəsmi mətbuat konfransına qatılıb. Futbolinfo.az sizi onun səsləndirdiyi fikirlərlə tanış edir:
“Dünya çempionatında iştirak edən braziliyalıların sayı çoxdur. Təbii ki, hər kəs seçimində azaddır. Azərbaycan mənim ürəyimdir, sevdiyim ölkənin uğur qazanması üçün hər zaman çalışıram. Tayland yığması ilə oyuna gəldikdə, asan oyun olmayacaq. Rəqibimizin hazırkı heyəti 4-5 ildir bir yerdə çıxış edir. Bir növ son oyunda heç-heçə etdiyimiz İran kimi. Üstəlik, təcrübəli baş məşqçiləri var. Taktiki planda çox güclü mütəxəssisdir. Aut və kornerlər zamanı müxtəlif “ev tapşırığı” yerinə yetirirlər. Üç ilə yaxındır bu komanda ilə birgə işləyir”.
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-17 10:49
12 komandalı çempionat: necə etməli?
- Ölkə futbolu2024-04-17 09:23
Mirzov “Neftçi”dən ayrılır: Premyer Liqadan təklifləri var
- Milli komanda2024-04-17 12:23
Yığmamızın baş məşqçi postuna isveçrəli namizəd