Dünya futbolu
40 yaşlı Pepe ilə yeni müqavilə
Portuqaliyanın “Portu” klubu təcrübəli müdafiəçisi Pepe ilə yeni müqavilə bağlayıb.
Futbolinfo.az xəbər verir ki, 40 yaşlı futbolçu ilə 1 illik yeni sözləşmə imzalanıb.
Onun əvvəlki müqaviləsi bu mövsümün sonuna qədər idi. Klub prezidenti Pinto da Kosta yeni müqavilə barədə maraqlı açıqlama verib. O, bunları söyləyib:
“Bu, Pepenin sonuncu müqaviləsi olmaya bilər. 40 yaşlı futbolçu ilə müqavilənin yenilənməsi mümkünsüz görünürdü. Amma mümkünsüz deyil”.
Uzun illər Madrid “Real”ında oynadıqdan sonra “Beşiktaş”da çıxış edən Pepe, bu mövsüm “Portu”da 28 oyuna çıxıb, 2275 dəqiqə meydanda olub.
- Premyer-liqa2024-04-14 20:55
“Qarabağ” “Sabah”a uduzdu
- Premyer-liqa2024-04-14 22:16
“Bir rəqiblə 4 dəfə oynamaq bizim üçün maraqsızdır” – Qurbanov
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir