Premyer-liqa
Svanadze: "Çempionluq uğrunda mübarizə apara bilərik"
Azərbaycan çempionatının 6-cı turu çərçivəs…
Azərbaycan çempionatının 6-cı turu çərçivəsində AZAL evdə “İnter”ə məğlub olub. Futbolinfo.az xəbər verir ki, oyundan sonra təşkil olunan mətbuat konfransında “bankirlər”in baş məşqçisi Zaur Svanazde qələbəni (3:1) belə şərh edib:
– Çətin oyun oldu. Amma oyuna diqtə edə bildik. İlk yarıda rəqibə qol imkanı vermədik. Bəxtsiz şəkildə qol buraxsaq da, sonradan vəziyyəti düzəldə bildik.
– “İnter” tərəfi mövsümün əvvəlindən çempionluq uğrunda yox, avrokuboklar üçün savaşdığını deyir. Çempion olmaq üçün sizdə nə çatmır?
– İndi hələ başlanğıcdı. Yaxşı start götürmüşük. Uzun yol var. Heyətimizdə ciddi zədəlilər olmasa, olduğu kimi qalsa, çempionluq uğrunda mübarizə apara bilərik. Buna baxmayaraq, suala konkret cavab verməyə çətinlik çəkirəm.
– Sizcə, Rauf Əliyev tam formaya düşübmü? Milliyə layiqdimi?
– Rauf belə davam etsə, milliyə dəvət olunacaq. İrəliləyiş var, normal formadadı.
ELMAR ABDULLA-ZADƏ
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…