Ölkə futbolu
Öncə Qriqorçuk, sonra Şmidt
Sentyabrın 29-da UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci tu…
Sentyabrın 29-da UEFA Avropa Liqasının qrup mərhələsinin 2-ci turunun oyununda “Qəbələ” Almaniyanın “Maynts” komandasını qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, “Bakcell Arena”da baş tutacaq “Qəbələ” – “Maynts” matçı öncəsi baş məşqçilərin mətbuat konfransı oyundan bir gün əvvəl – sentyabrın 28-də saat 18:00-da arenanın media zalında start götürəcək.
İlk olaraq jurnalistlərin önünə “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk və yarımmüdafiəçisi Asif Məmmədov çıxacaq. Saat 19:30-da isə Almaniya klubunun baş məşqçisi Martin Şmidt media nümayəndələrinin suallarını cavablandıracaq.
Komandaların oyunöncəsi son məşqi isə fərqli məkanlarda baş tutacaq. “Maynts” saat 20:00-da “Bakcell Arena”da, “Qəbələ” isə 19:00-da Olimpiya stadionunun məşq meydançasında hazırlıqlarını tamamlayacaq.