Dünya futbolu
“Maynts” “Qəbələ” ilə oyun öncəsi ciddi itki ilə üzləşdi
“Qəbələ”nin Avropa Liqasındakı rəqibi “Maynts&…
“Qəbələ”nin Avropa Liqasındakı rəqibi “Maynts” ciddi itki ilə üzləşib. Futbolinfo.az xəbər verir ki, müdafiəçi Leon Baloqun sıradan çıxıb.
Almaniya Bundesliqasının 5-ci turunda “Bayer”lə qarşılaşmanın əvvəllərində zədələnən mərkəz müdafiəçisi artıq 9-cu dəqiqədə əvəzlənmək məcburiyyətində qalıb. İlkin tibbi müayinə zamanı 28 yaşlı futbolçunun qasıq nahiyəsindən xəsarət aldığı müəyyənləşib. Ondan başqa, braziliyalı müdafiəçi Andre Ramalyo və Fil Dişi Sahilindən olan yarımmüdafiəçi Jan-Filipp Qbamin də zədə ucbatından “Bayer”lə görüşü buraxıb.
Adıçəkilən futbolçuların sentyabrın 29-da Avroliqanın 2-ci turu çərçivəsində “Qəbələ” ilə səfər matçında iştirakı sual altındadı.
Qeyd edək ki, “Bayer”ə 2:3 hesabı ilə məğlub olan “Maynts” 5 turdan sonra 7 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb.
- Ölkə futbolu2024-04-11 10:32
AFFA-nın gülməli seçimi: Uğursuz klub rəhbəri Hakimlər Komitəsinə sədr olacaq?
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…