Dünya futbolu
“Azərbaycan səfəri bizim üçün hərtərəfli çətindi”
“Mövsümə ağır oyunlarla və sıx təqvimlə başlad…
“Mövsümə ağır oyunlarla və sıx təqvimlə başladıq. Bu üzdən komandamda yorğunluq var”. Futbolinfo.az xəbər verir ki, bunu Almaniyanın “Maynts” klubunun baş məşqçisi Martin Şmidt deyib.
Avropa Liqasında qrup mərhələsinin ikinci turunda “Qəbələ”nin qonağı olacaq Almaniya klubu ötən həftəsonu Bundesliqanın 5-ci turunda “Bayer”ə məğlub olub – 2:3. “Qəbələ” ilə oyunöncəsi yerli mətbuata danışan Şmidt həmin məğlubiyyəti yorğunluqla əlaqələndirib. 49 yaşlı mütəxəssis bunu bəhanə etməyəcəklərini də əlavə edib:
“13 gündə 5 oyun keçirmişik. Belə vəziyyətdə futbolçuların yorulmaları normaldı. Komandamın sərgilədiyi futbol gələcəyə ümidlə baxmağa şərait yaradır. Bundesliqada aktivimizdə 2 qələbə var. İndi də Avropa Liqasında ilk qalibiyyətimizi əldə etmək istəyirik. Azərbaycan səfəri bizim üçün hərtərəfli çətindi. Həm yorğunluq, həm uzun yol, həm fiziki cəhətdən hazırlıqlı rəqib… Bütün bunlar işimizin çətin olacağından xəbər verir. Ancaq bu amillərin heç biri qələbə istəyimizi azaltmır”.
Qeyd edək ki, “Qəbələ” – “Maynts” oyunu sentyabrın 29-da 8-ci km qəsəbə stadionunda keçiriləcək.