Dünya futbolu
İngiltərə millisinin baş məşqçisi rüşvətə görə qovuldu
Futbol üzrə İngiltərə milli komandasının baş məşqç…
Futbol üzrə İngiltərə milli komandasının baş məşqçisi Sem Ellerdays postunu tərk edəcək. Məşhur "The Times" qəzetinin yazdığına görə, Ellerdays özlərini iş adamı kimi təqdim edən jurnalistlərlə 460 min avro dəyərində razılaşma əldə etdiyini, həmçinin İngiltərə Futbol Assosiyasiyasının oyunçuların transferi ilə bağlı qaydalarından necə yan keçmək olduğunu danışıb.
Futbolinfo.az xəbər verir ki, o, bundan əlavə sələfi Roy Hocsonu tənqid edərək, "Uembli" stadionun sökülməsini ağılsızlıq adlandırıb. Assosiyasiyanın bu gün baş tutan iclasından sonra Sem Ellerdaysla yolların ayrılmasına qərar verilib. Rəsmi qərar yaxın günlərdə açıqlanacaq.