Bizi izləyin

Müsahibə

Kamran Quliyev: "Samir Abasova alqış düşür"

Topaz Premyer Liqasının 6-cı turunda səfərdə “Neftç…

blank

Topaz Premyer Liqasının 6-cı turunda səfərdə “Neftçi” ilə qarşılaşan “Sumqayıt” 2:1 hesablı qələbəyə sevindi. Oyun başa çatdıqdan sonra “kimyaçılar”ın prezidenti Kamran Quliyev futbolinfo.az saytının əməkdaşının da suallarını cavablandırıb.

– Baş məşqçisiz çıxdığınız oyun necə keçdi?
– Çətin oyun idi. Baş məşqçisiz deyildik. Əksinə, bizim iki ehtiyat skamyamız var idi. Hərəsi bir tərəfdən idarə edirdi. (Komandanı meydana çıxaran Seymur Rəhimov və əks tribunada oyunu izləyib, telefonla köməkçisinə göstərişlər verən Samir Abasovu nəzərdə tutur – red.) Buna baxmayaraq, qələbə heç də asan başa gəlmədi. “Neftçi”də sırf qalibiyyət üçün çıxmışdı meydana. Erkən qol da vurdular. Ancaq komandamız “sınmadı”. Əslində bu düzgün hal deyil, ancaq mən Yusif Nəbiyevi xüsusi qeyd etməliyəm. O da mənim bu sözlərimdən sonra ikiqat artıq işləməlidir. Məsuliyyəti dərk etməlidir. Düşünürəm ki, iki gözəl qol vurduq. Lakin dediyim kimi çox çətin oldu. Son 20 dəqiqəni öz qapımızda olduq.

– Daha çox gənclərə üstünlük verirsiz. İstər “Kəpəz”lə, istərsə də bu oyunda gənc oyunçular fərqləndilər. Demək olar ki, hamısı potensiallı gənclərdi…
– Hələ ki, cəmi 5-6 tur geridə qalıb. Gəlin bir az gözləyək, görək necə olacaq. Biz özümüz də istəyirik ki, 2-3 nəfər təcrübəli oyunçumuz olsun. Çünki bu, gənclərin inkişafına çox dəstək olacaq.

– “Neftçi”nin hazırkı vəziyyətinin qələbədə əsas səbəb olduğunu demək olar?
– Ola bilər. Bilirik ki, “Neftçi”də keçid dövrüdür. Onların futbolçularının keyfiyyəti yaxşıdır. Hesab edirəm ki, sadəcə, potensiallarının 50 %-ni istifadə edirlər.

– Oyun müddətində milli komandanın baş məşqçisi Prosineçki ilə nəyisə qızğın şəkildə müzakirə edirdiniz. Milliyə oyunçu məsləhət görürdüz?
– Siz Proineçkini məndən də çox görürsüz. Özünüz də bilirsiz ki, o, deyilənə baxan adam deyil. Öz düşüncəsi necədisə, elə hərəkət edir. Ola bilsin ki, ümumi nələrsə danışmışıq, ancaq mən sirrimizi aça bilmərəm.

– Amil Yunanov ötən mövsüm özünü yaxşı tərəfdən göstərsə də, bu il sanki “it-bat” olub…
– Deməzdim ki, “it-bat” olub. Ötən tur Qəbələdə əla vəziyyətdən fərqlənə bilmədi. Qeyri-stabil oynayır, ancaq istedadlıdır. Azərbaycanda hər iki ayağı ilə zərbə vura bilən oyunçu çox azdı.

– Qəbələdə qapınıza oyundan kənar vəziyyətdən qol vuruldu. Bununla bağlı şikayət etdinizmi?
– Həmin gün Xəqani Məmmədovla danışdım. O da bildirdi ki, videotəkrara baxandan sonra dəqiq fikrini deyəcək. Səhər isə özü də etiraf etdi ki, epizod həqiqətən də oyundan kənar imiş. Yanlış qərar verən yan xətt hakimi müvafiq şəkildə cəzalandırılacaq.

– Ötən tur Samir Abasov heyətin kasad olduğunu vurğulamışdı. Bir növ üsyan etmişdi. Həmin açıqlamadan sonra onunla görüşünüz oldumu?
– Matçdan sonra o çox əsəbi idi. Emosiya ilə deyilmiş sözlər idi. Gəlin məsələyə kompleks yanaşaq. Həmin oyunda biz məğlub olmamalı idik. “Qəbələ” bizdən güclüdür, doğrudur, ancaq bu görüşdə bizim heç olmasa, bir xal qazanmaq imkanımız var idi. Dəqiq deyirəm ki, əsəbi idi. Biz öz aramızda danışdıq. Bu, bizim “mətbəx”imizə aid bir şeydi və detalları açıqlamağa gərək yoxdur.

– Bu gün Rail Məlikovun mövqeyinin dəyişməsi də bununla əlaqədardı?
– Hamımız bilirik ki, Railin doğma mövqeyi sağ cinah müdafiəçisidir. O, millidə də həmin mövqedə oynayıb. Ancaq özünüz də bilirsiz ki, bu gün Məlikov bizə mərkəzdə daha çox xeyir verə bilər. Üstəlik də cinahda çatdırmır. Bu gün bəlkə də çatdırdı, ancaq daha sürətli cinah oyunçusu ilə qarşılaşsa, çatdıra bilməyəcək. 

– Samir Abasovun cəsarətli çıxışı üçün ona alqış düşür?
– Biz axı onun dediklərini heç vaxt inkar etməmişik. Təbii ki, komandanın axsayan mövqeləri var. Ancaq yenə deyirəm, biz bunu artıq müzakirə etmişik və düşünürəm ki, bu məsələlər klub daxilində müzakirə edilsin. Samir bəyə də, bizim komandaya da alqış düşür!

ELMAR ABDULLA-ZADƏ

Reklam

Reklam


blank
Digər idman növləri2024-04-21 17:10

Azərbaycan yığması Bakıdakı Dünya Kubokunda bürünc medal qazandı

blank
Digər idman növləri2024-04-21 16:52

Ferstappenin mövsümdə 4-cü qələbəsi

blank
Digər idman növləri2024-04-21 16:35

Azərbaycan gimnastları finala vəsiqə qazandılar

blank
Premyer-liqa2024-04-21 16:31

“Kəpəz” “Sabah”a qarşı – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-21 16:13

Azərbaycan parabadmintonçusu beynəlxalq turnirdə bürünc medal qazandı

blank
Dünya futbolu2024-04-21 15:52

İsgəndərli Türkiyədə növbəti matçına çıxdı

blank
Premyer-liqa2024-04-21 15:21

“Kəpəz”də üç itki

blank
Dünya futbolu2024-04-21 14:53

Krivotsyukun komandasından səfər heç-heçəsi

blank
Dünya futbolu2024-04-21 14:25

Həsənalızadənin komandası səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-04-21 13:54

Ozan fərqləndi, komandası səfərdən 1 xalla döndü

blank
Digər idman növləri2024-04-21 13:17

Abasov İddiaçılar Turnirində növbəti sınağına çıxacaq

blank
Digər idman növləri2024-04-21 12:53

Azərbaycan cüdoçularından Avropa Kubokunun ilk günündə 2 medal

blank
Ölkə futbolu2024-04-21 12:34

Yüksək Liqada 19-cu turun oyunları keçiriləcək

blank
Ölkə futbolu2024-04-21 11:50

Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır

blank
Digər idman növləri2024-04-21 11:35

“Qarabağ” “Azəryol”a qalib gəldi

blank
Ölkə futbolu2024-04-21 10:19

Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq

blank
Digər idman növləri2024-04-21 09:50

İddiaçılar Turniri: Nicat sülh bağladı

blank
Premyer-liqa2024-04-21 09:33

“Kəpəz” “Sabah”a, “Araz-Naxçıvan” “Səbail”ə qarşı

blank
Digər idman növləri2024-04-21 08:20

Azərbaycan paraüzgüçüləri üçün Madeyra sınağı

blank
Ölkə futbolu2024-04-21 08:00

Andersonun dediyi kimi…

blank
Dünya futbolu2024-04-21 03:30

“Jirona”dan darmadağın

blank
Dünya futbolu2024-04-21 03:00

“Napoli” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-21 02:41

“Nant” evdə darmadağına üzüldü

blank
Dünya futbolu2024-04-21 02:22

“Arsenal”dan inamlı qələbə

blank
Ölkə futbolu2024-04-21 02:00

“Bayern”dən darmadağın

blank
Dünya futbolu2024-04-21 01:42

“Mançester Siti” “Çelsi”yə qalib gəldi, finala yüksəldi

blank
Dünya futbolu2024-04-21 01:21

Sahruddinin komandası xal itirdi, “Trabzonspor” qalib gəldi

blank
Digər idman növləri2024-04-21 01:00

Azərbaycan komandası Bakıdakı turnirdə 3-cü oldu

blank
Digər idman növləri2024-04-21 00:30

Azərbaycanın iki boksçusu AÇ-də mərhələ adladı

blank
Premyer-liqa2024-04-20 23:19

“Sonradan girənlər oyuna yaxşı qoşulanda adamın ürəyi açılır” – Rəşad Sadıqov

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm