Ölkə futbolu
"Rəqibin heyətində təhlükəli oyunçular var"
"Maynts"ın oyunçusu Yunus Mallı da sabahkı mat&cce…
"Maynts"ın oyunçusu Yunus Mallı da sabahkı matçla bağlı danışıb. Futbolçu "Qəbələ" ilə oyundan xalla ayrılmaq istəyir.
– Burda olmağmıza görə şadam. Bizim üçün yenilikdi. Sabahkı oyuna hazırıq, "Qəbələ" liqasında yaxşı çıxış edir, amma ola bilər, sabah topa əsas nəzarət edən biz olduq. Öz oyunumuzu göstərib, qalib gəlməyə çalışacağıq.
– İlk oyunda 1 xal toplamısınız, sabahkı oyun qrupun taleyi həll etmək baxımından nə dərəcədə önəmlidi?
– Qələbə yaxşı olardı, əgər bunu bacarmasaq, dünyanın axırı deyil. Amma 3 xal qazansaq, yaxşı olardı.
– "Qəbələ"nin futbolçularından kimisə tanıyırısınız?
– Rəqibin heyətində bəzi təhlükəli oyunçular var. Amma biz ö oyunumuzu sərgiləməyə çalışacağıq.
ELMAR ABDULLA-ZADƏ