Bizi izləyin

Ölkə futbolu

Mingəçevirdə 450 dəqiqə: “Energetika”dan başlayan yol

Mingəçevir. Əhalisinin sayına görə ölkəmizin 4-c…

blank
Mingəçevir. Əhalisinin sayına görə ölkəmizin 4-cü şəhəri. SSRİ dönəmində sənaye şəhəri olan Mingəçevir günümüzdə əksər digər bölgələr kimi "çayxanalar diyarı"na çevrilib.
 
Oktyabrın 4-də saat 11-dən "Energetik"in vətənində material toplamaqla məşğul idim. Oyunun startına 4 saat var idi. Şəhərin yığcam olması işimi asanlaşdırırdı. Diqqət çəkən və xoş gələn məqam hər tərəfin yaşıllıq olması və şəhərin təmizliyi idi. Ancaq "Energetik"…
 
“Kür-Nur” oynayır?”
İlk qədəm basdığım ünvan Heydər Əliyev parkındakı çayxana oldu. Çayçı qardaşı dilə tutmaq, onun 25 dəqiqə sonra "əzizim, qoyun soyursan" sualıma, "ə, bu, çaydı e. Ağ istəyirsənsə, elə indi gətirim" cavabı qədər mürəkkəb oldu. Futbol bilikləri isə fontan vururdu:
 
– Oyuna gedəcəksən?
– "Kür-Nur" oynayır? Kiminlə oynayırlar?
 
– "Qardaş", "Kür-Nur" adı "Qırmızı kitab"dadı e.
– Həə, bildim, "Energetika".
 
Nə yaxşı ki, "kibernetika" demədi. Ancaq getməyəcəyini dedikdən sonra, "Bəyin oğurlanması"ndan məşhur sitat yadıma düşdü: "Düz deyirsən, elə səni görməsələr, yaxşıdı".
 
Növbəti ünvana piyada getməyi qərara aldım. Ancaq stadiona çatar-çatmaz Yaşar Məmmədzadənin adını daşıyan bu qurulunun direktoruyla planlaşdırdığım görüşün üstündən qalın bir xətt çəkməli oldum – hüzrləri düşmüşdü…
 
Eyvanda dalğalanan bayrağımız
Maraqlıdı ki, Mingəçevirdə dialoq qurduğum hər bir insan maddi problemlərdən danışdığı bir vaxtda, şəhərdə fotoqraf tapmaq üçün 1 saatdan çox vaxtımı sərf etməli oldum. Ki, yoldaş doğma şəhərinin stadionunda 1 saat işləsin.Üzləşdiyim cavablardan seçmələr: "Bununla məşğul olan oğlan 1 saata gələcək", "Fotoqraf uşağını məktəbdən gətirməyə gedib, 1 saata olacaq", "Qardaş, “oxot”um yoxdu stadiona getməyə. Maşınla aparacaqsan? Yox, e, istəmirəm".
 
Cavablardan birini isə qələmə almağa utanıram. Fotoqraf qardaş elə qiymət oxudu ki, fotoapparat alıb, şəkilləri özüm çəksəydim, daha ucuz başa gələrdi…
 
Yolüstü gördüyüm bir mənzərə barədə təəssüratımı isə oxucularla mütləq bölüşməliyəm. Sovet dönəmindən qalmış binalardan birinin eyvanından üçrəngli bayrağımız dalğalanırdı.
 
İlk baxış
Nəhayət, bir həmsöhbəti stadionun ərazisində tapa bildim. Qardaş "Arandan vurub, Turandan çıxsa" da, "futbola sonuncu dəfə məktəbə gedəndə baxmışam" deməklə bu dialoqu davam etdirməyin mənasız olduğunu isbatladı. Oyunun startına 1 saat qalmış klub vitse-prezidenti ilə söhbətləşmək imkanım oldu. Az sonra isə hər iki komandanın futbolçuları meydana daxil oldu.
 
Tərəflərdən biri kiçik su qablarını ehtiyat oyunçular skamyasının qarşısına düzdüyü halda, digəri 10 litrlik qabla bütün futbolçularının tələbatını ödəmək məsələsini birdəfəlik həll edirdi. Yəqin ki, ikincilərin “Energetik” olduğu məlum oldu.
 
İlk baxışdan ot örtüyünün yaxşı vəziyyətdə olduğunu söyləmək olardı. Lakin matçın gedişatı göstərdi ki, ot yaxşı qırxılmayıb. Bu səbəbdən də top meydanda normal sürüşmür və oyunun tempi "tısbağa sürəti"nə düşür. Tərəflərin turnir cədvəlinin müxtəlif qütblərində qərarlaşması “Səbail"in asan qələbə qazanacağına işarə idi. Ancaq hadisələrin gedişatı bunun əksini göstərdi.
 
Can, ay bala
Doğrudu, Elman Sultanovun yetirmələri artıq 25-ci dəqiqədə Ramiz Məhərrəmovun təyin etdiyi ədalətli penalti zərbəsindən sonra hesabda önə çıxmışdılar. Ancaq erkən vurulan qol bakılılarla acı zarafat elədi. Qonaq futbolçular özlərini rəqib qarşısında kral hiss etdilər. Bu cür davranış isə Mingəçevir təmsilçisi üçün göydəndüşmə oldu. Bu başısoyuqluğun cavabı 7 dəqiqə sonra gəldi və aydın oldu ki, qonaqlar heç də hansısa Avropa nəhəngi deyil.
 
Təqribən 100-ə yaxın tamaşaçının izlədiyi qarşılaşma əsl yay havasında keçirilirdi. Nəzərə alsaq ki, start fiti 15:00-a təsadüf etmişdi, su fasiləsinə niyə ehtiyac duyulduğu aydın olar.
 
Daha bir məqam topdaşıyanlarla bağlı idi. Cılız, çəlimsiz cocuqlar hansısa futbolçu zədələnsəydi, onu xərəkdə çölə çıxarmaq gücündə deyildilər. Ancaq zərbələrdən biri hasarın o tayına düşüncə, çeviklik göstərən topdaşıyan balaca, bir göz qırpımındaca akrobatik bacarığını nümayiş etdirə bildi.
 
Şərti tablo
Fasilədən sonra “Səbail” hələ də “kral yuxusu”nu davam etdirirdi. Lakin qonaqların dadına Kamran Lalayev çatdı. Mərkəz dairəsi yaxınlığında qeydə alınan qayda pozuntusu onun ikinci sarı vərəqəsini rəsmiləşdirdi. Məhz bundan sonra “Səbail” rəqibini qapısına sıxışdırmağa nail oldu. Ancaq bakılıların aramsız hücumları və yaratdıqları çoxsaylı qol vəziyyətləri tabloda öz əksini tapmırdı. “Tablo” ifadəsi burda şərti xarakter daşıyır. Çünki sovetlər dönəmidə quraşdırılmış, əllə dəyişdirilən tablo fəaliyyətsizlikdən qapqara rəngə bürünmüşdü.
 
“Qoldan sonra… nağara”
Nəhayət, 80-ci dəqiqədə Sultanovun yetirmələri istəklərinə çatdı. Cərimə meydançasında var-gəl edən topa az qala qonaq komandanın yarısı zərbə endirdi. Ancaq gah dirək, gah qapıçı, gah müdafiəçilər zərbələrə sipər olurdular. Lakin Orxan Səfiyaroğlunun zərbəsindən sonra tor silkələndi.
 
Meydan sahibləri bundan öncə topun “Səbail”in futbolçusunun əlinə dəydiyini iddia etsələr də, referi qolu qeydə aldı. Nə oyun zamanı, nə də videotəkrarda bu iradın haqlı olub-olmamasına dair sübuta rast gələ bilmədik.
 
Matçın son dəqiqələri daha əsəbi məcrada keçdi. Bu gərginliyin kuliminasiya nöqtəsi 87-ci dəqiqəyə təsadüf etdi. Ramazan Abbasova qarşı kobudluq hakim tərəfindən qeydə alınmadı. Bunun da səbəbi topun “Səbail”in futbolçusunda qalması idi. Lakin təcrübəli yarımmüdafiəçi “Energetik”in futbolçusuyla özü haqq-hesab çəkmək qərarına gəldi. Nəticədə, aləm dəydi bir-birinə. Yekun olaraq isə Abbasov qırmızı vərəqəyə “qonaq” edildi.
 
Mənim polisim məni qoruyur!
Bir neçə kəlmə də Mingəçevir polisi barədə. Bakıdakı poqonlu yoldaşların davranışlarını gördükdən sonra sanki mələklər yerə enmək qərarına gəlmişdi. Olduqca mədəni davranışları ilə seçilən polislərdən yalnız bir “serjant” bəndənizə hüquq barədə mühazirə oxumaq eşqinə düşdü. Lakin mayor rütbəsində olan polisin “o, vəzifə borcunu yerinə yetirir, bəs, sən nə istəyirsən” deməsi, gənc poqonlunun mübahisə yaradıb, nələrəsə nail olmaq arzusunu gözündə qoydu.
 
Yekun qiymət
Final fitindən sonra yaşanan mini-gərginlik başadüşülən idi. Axı, cari mövsümdə ilk qolunu vuran “Energetik” ilk xalını da qazanmağa yaxın idi. Amma bu dəfə alınmadı. Mingəçevir təmsilçisini ilk dəfə idi ki, görürdüm. Bu cür əzmkar futbolla onların nəyə görə acınacaqlı nəticələrə üzülməsi başadüşülən deyil. Bəli, ola bilər ki, “Səbail”lə oyun üçün onları stimullaşdırmışdılar. Ancaq stimullaşdırılmış formada sərgilədikləri futbol heç də bərbad deyildi.
 
“Səbail”ə gəlincə, qarşısına ciddi hədəflər qoyan komanda rəqiblərini “sort”lara bölməməlidi. Əks halda, ortabab və zəiflərlə matçlarda bakılılar hələ çox xal itkisinə məruz qalacaqlar.
 
Saat 19:30-u göstərir. Mingəçevirdə hava sərinləşir. Payız qoxusu gəlməsə də, təbiətin qoynunda yerləşməsi axşamın necə də gözəl keçəcəyinə işarədi. Lakin 7,5 saatlıq işdən sonra Bakıya qayıtmaq vaxtıdı. Hələ onda başıma nələrin gələcəyini bilmirdim…
 
CEYHUN ƏLİYEV
 
P.S.: Bu yazı oyunun ertəsi gün qələmə alınmalı idi. Lakin keçirdiyim kiçik əməliyyat 1 gün gecikməyə səbəb oldu. Səfərdən daha 2 müsahibə də tezliklə diqqətinizə çatdırılacaq.
blank
Bakıdakı həkarlarına nümunə olası polislər…
 
blank
Hələ ki, mehribançılıqdı
 
blank
Xoş sifətlər oturacaqların durumuna baxmanıza əngəl olmasın
 
 
blank
Piknik havasında futbol
 
blank
Aynabəndə gəl…
 
blank
Hər yer "VIP-Loja"
 
blank
Solğun rəngli kreslolar və tünd rəngli futbol
Reklam

Reklam


blank
Digər idman növləri2024-04-13 19:24

“Müdafiədə aqressiv, hücumda məhsuldar idik”

blank
Premyer-liqa2024-04-13 19:05

“Neftçi”dən “Araz-Naxçıvan”a erkən qol – YENİLƏNİR

blank
Digər idman növləri2024-04-13 19:05

Azərbaycan birinciliyinin qalibləri bəlli oldu

blank
Əvəzedicilər2024-04-13 18:43

“Sumqayıt-2” inamlı qələbəyə sevindi

blank
Premyer-liqa2024-04-13 18:25

“Qəbələ” “Turan Tovuz”a da uduzdu

blank
Ölkə futbolu2024-04-13 17:42

Rəqibini vuran futbolçuya 4 oyunluq cəza

blank
I Liqa2024-04-13 17:19

“Karvan” cərimələndi – təcili yardım maşınına görə

blank
Digər idman növləri2024-04-13 16:32

“NTD-İndiqo” səfərdə qələbə qazandı

blank
Ölkə futbolu2024-04-13 16:00

Qurban Qurbanov: “Məşqçilik düşüncələrim Voronejdə yarandı” – VİDEO

blank
Digər idman növləri2024-04-13 15:32

Millimiz qrupda sonuncu oyununu keçirdi

blank
Dünya futbolu2024-04-13 15:00

KL: “Fənərbaxça”ya qol vurdu, ən yaxşı seçildi

blank
Dünya futbolu2024-04-13 14:41

Avroliqada həftənin ən yaxşısı müəyyənləşdi

blank
Dünya futbolu2024-04-13 14:22

ÇL: Dubla imza atdı, ən yaxşı seçildi

blank
Digər idman növləri2024-04-13 14:00

Yığmamız yarımfinala yüksəldi

blank
Dünya futbolu2024-04-13 13:39

Ozan fərqləndi, komandası darmadağına üzüldü

blank
Əvəzedicilər2024-04-13 13:10

Əvəzedicilərin yarışında 30-cu turun təyinatları açıqlandı

blank
Dünya futbolu2024-04-13 12:46

Sertan Taşkının komandasından liderlə məhsuldar heç-heçə

blank
Premyer-liqa2024-04-13 12:12

“Qəbələ” ilə “Turan Tovuz”un 9-cu dueli

blank
Dünya futbolu2024-04-13 11:41

Təbriz klubu doğma meydanda darmadağına üzüldü

blank
Digər idman növləri2024-04-13 11:19

Abasov yenidən rusiyalı şahmatçı ilə üz-üzə

blank
Digər idman növləri2024-04-13 10:57

Millimiz Olimpiya Təsnifat turnirində növbəti oyunlarını keçirəcək

blank
Ölkə futbolu2024-04-13 10:12

“Neftçi” yenə onlarsız oynayacaq

blank
Ölkə futbolu2024-04-13 09:48

“Qəbələ”də 3 itki

blank
Ölkə futbolu2024-04-13 08:35

Leandro Azərbaycan dilini öyrənib: “Qarabağ”da yaşadıqlarım mənim üçün gözəl hekayədir”

blank
Ölkə futbolu2024-04-13 08:17

“Hər oyun həlledicidir və səhv edə bilmərik”

blank
Dünya futbolu2024-04-13 08:00

“Qəbələ” “Turan Tovuz”a, “Neftçi” “Araz-Naxçıvan”a qarşı

blank
Dünya futbolu2024-04-13 01:31

“Betis” “Selta” üzərində qələbəyə sevindi

blank
Dünya futbolu2024-04-13 01:20

“Lans” səfərdən xalsız döndü

blank
Dünya futbolu2024-04-13 00:47

“Latsio”dan darmadağın

blank
Dünya futbolu2024-04-13 00:38

“Auqsburq”dan inamlı qələbə

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm