Premyer-liqa
Şəhriyar Əliyev: “Son sözü həkimlər deyəcək”
“Qarabağ”la Gəncədə keçirilən çempionat…
“Qarabağ”la Gəncədə keçirilən çempionat oyununda zədələnərək sıradan çıxan "Kəpəz"in müdafiəçisi Şəhriyar Əliyev özünü yaxşı hiss edir. Futbolinfo.az xəbər verir ki, MRT müayinəsindən keçdikdən sonra aldığı xəsarətin ciddi olduğu müəyyənləşən müdafiəçinin 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilmişdi.
Diz oynağının kollarateral bağı zədələnən futbolçunun müalicəsi davam etdirilir. Şəhriyar durumu ilə bağlı klub saytına açıqlama verib:
“Əvvəlki günlərə baxanda indi yaxşıyam. Gəzə bilirəm, amma müəyyən ağrılar var. Gündə iki dəfə həkimə gedib gəlirəm. Ayağıma güc düşəndə diz qoruyucusundan istifadə edirəm. Düşünürəm ki, gələn həftə məşqlərə başlaya biləcəyəm. Düzdü, bu yöndə son sözü həkimlər deyəcək. Yəqin ki, ilk dövrlər onların tövsiyyəsinə uyğun olaraq fərdi şəkildə yüngül formada hazırlıq keçəcəyəm”.
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə