Milli komanda
“Azərbaycanla oyunda yeganə hədəfimiz 3 xaldı”
21 yaşadək futbolçulardan ibarət Finlandiya millisinin baş …
21 yaşadək futbolçulardan ibarət Finlandiya millisinin baş məşqçisi Tommi Kautonen AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində bu gün Azərbaycan yığmasına qarşı keçiriləcək oyun haqda fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, bunları söyləyib:
“Azərbaycanla oyuna yüksək səviyyədə hazırlaşmışıq. Bu prosesdə hər hansı ciddi problemlə üzləşmədik. Təbii ki, kiçik zədələr istisnadı. Çünki belə hallar həmişə olur. Bizə lazım olan nəticəni qazanmağa köklənmişik. Elə buna görə də tamamilə bu matça konsentrasiya olmuşuq. Yeganə hədəfimiz 3 xaldı. Bu, bizim minimum vəzifəmizdi. Çünki ardınca Rusiya ilə səfər qarşılaşmamız da var ki, orada da uğur qazanmalıyıq. Rusiyaya yüksək əhval-ruhiyyə ilə, qazanılan 3 xalla yollanmaq istəyirik. Arenaya toplaşacaq azarkeşlərin dəstəyi də bizim məqsədə çatmaq üçün çox vacibdi”.
Qeyd edək ki, Finlandiya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 19:30-da start götürəcək.