Milli komanda
“Azərbaycanla oyun mənim üçün xüsusi olacaq”
DÇ-2018-in seçmə mərhələsi çərçivəsi…
DÇ-2018-in seçmə mərhələsi çərçivəsində sabah səfərdə Almaniyanın qonağı olacaq Çexiya bundan 3 gün sonra Azərbaycan millisini qəbul edəcək. Futbolinfo.az xəbər verir ki, çexlərin oyunçusu Ladislav Kreyçi millimizlə oyunda qələbə qazanamaq istədiklərini qeyd edib:
“Bilirik ki, böyük komandaya qarşı oynayacağıq. Almaniya qrupun açıq-aşkar favoritidi. Onlara qarşı mübarizə aparmaq asan deyil. Almanların oyunu Avropa çempionatında üz-üzə gəldiyimiz İspaniya yığmasına oxşardı. Hansının daha güclü olduğunu demək isə çətindi. Amma almanlar daha inadkardı. Yığmada 28 oyun keçirmişəm. Hər iki matçda forma şansı qazansam, Azərbaycanla görüş 30-cu qarşılaşmam olacaq. Buna görə də Azərbaycanla oyun mənim üçün xüsusi olacaq. Həmin görüşdə qələbə qazanaq istəyirik”.