Milli komanda
Ramil Şeydayev: "Bu, sizin qələbənizdir"
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Ram…
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveç üzərində qazandıqları qələbədən sonra azarkeşlərə təşəkkür edib. Futbolinfo.az xəbər verir ki, o, "Facebook" səhifəsində bunları qeyd edib:
"Bütün azarkeşlərimizə dəstəyə görə dərin təşəkkürümü bildirirəm, bu sizin qələbənizdir! Təəssüf ki, azarkeşlərimizdən biri oyundan qabaq yıxılıb xəsarət alıb. Ona tezliklə sağalmasını arzulayırıq! Daha diqqətli olun! Hamınıza təşəkkür edirəm!"