Milli komanda
Biletlər 30-50 manata, 1 saata 1 azarkeş – FOTOLAR
Sabah Azərbaycan yığmasını qəbul edəcək Çexiyanın oyun…
Sabah Azərbaycan yığmasını qəbul edəcək Çexiyanın oyununa maraq olduqca azdı. Futbolinfo.az saytının Ostravaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, biletlər 400-600 kron (30-50 AZN) dəyərindədi.
Kassalara yaxınlaşıb, 12500 tutumlu stadiona neçə biletin satıldığını soruşduqda isə xanım satıcılar bir-birlərinə baxıb çiyinlərini çəkdilər. Maraqlıdı ki, fəaliyyət göstərməli olan 10 kassadan yalnız ikisi açıq idi ki, həmin ərazidə keçirdiyimiz 1 saat ərzində cəmi bir azarkeşin bilet almasını müşahidə etdik.
Qeyd edək ki, Çexiya – Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.