Milli komanda
Arzuolunmaz çexlərlə 2-ci duel
Bu gün millimiz DÇ-2018-in seçmə mərhələsi &cce…
Bu gün millimiz DÇ-2018-in seçmə mərhələsi çərçivəsində çətin Çexiya səfərində qələbə və ya ən azı 1 xal üçün vuruşacaq. Amma bu, elə də asan olmayacaq.
Çünki adıçəkilən ölkə təmsilçiləri bizim üçün çox vaxt arzuolunmaz rəqiblərdən olub. Bu hal əsasən də özünü klub futbolunda göstərib. İndiyə kimi klublarımız avrokuboklarda Çexiya təmsilçilərinə qarşı keçirdiyi 9 oyunun heç birində qalib gələ bilməyib. Ən yaxşı halda 4 dəfə bərabərliyə nail olmuşuq. Maraqlıdı ki, məğlubiyyətsiz keçən qarşılaşmalar elə son 4 matça təsadüf edir ki, onun da 3-ü cari mövsümdə oynanılıb.
Mərkəzi avropalılarla isə əsas millilər səviyyəsində yalnız 1 dəfə yolumuz kəsişib və yığmamız 100 faizli nəticə göstərib. Bu qarşılaşma, 2009-cu ilin noyabrında baş tutub. Dubayda keçirilən yoxlama matçında yığmamız rəqibini 2:0 hesabı ilə üstələyib. Qolları isə Vaqif Cavadovla Ruslan Abışov rəqib qapısından keçirmişdi. Elə həmin Abışov indi də yığmanın düşərgəsindədi. O vaxt Berti Foqtsun rəhbərliyi altında meydana çıxan futbolçulardan bu gün Ruslandan savayı Maksim Medvedev də indi yığma ilə birgədi. Çexlərin heyətində isə 7 il əvvəlki oyundan heç kim qalmayıb.
- Premyer-liqa2024-05-17 22:21
“Qarabağ” “Turan Tovuz”a qalib gəldi
- Ölkə futbolu2024-05-17 11:12
Vaqner Silva: “Avropada “Qarabağ”dan qorxurlar”
- Ölkə futbolu2024-05-17 13:38
“Avropanı şoka salmalarına dəqiqələr çatmadı”
- Premyer-liqa2024-05-17 23:50
“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov