Ölkə futbolu
“Neftçi”nin yeniləri: son qərarı Bakıda olmayan Abdullayev verəcək
Heyətini gücləndirməkdə israrlı olan "Neftçi&quo…
Heyətini gücləndirməkdə israrlı olan "Neftçi" hələ də qərarını verməyib. Azad agent statusuna malik olan oyunçuları diqqət mərkəzində saxlayan bakılılar baxışdan keçirdiklərini də gözlədirlər.
Millimizin sabiq üzvü Mahir Şükürovla yanaşı, Boban Baykoviç, Aleksandrs Fertovs və Jonas Enrike Pessalli hazırda “ağ-qaralar”ın düşərgəsindədi. Lakin onlardan hansıların heyətdə saxlanacağına baş məşqçi Elxan Abdullayev qərar verəcək. Milli komandada Robert Prosineçkinin köməkçisi olan Elxan bəyin klubdan ayrı düşməsi isə yekun qərarı yubadır.
Hazırda komandanın məşqlərinə yeni gətirilən rusiyalı köməkçi-məşqçi Aleksandr Dereberin rəhbərlik edir. O isə yenilərlə bağlı qərar verək səlahiyyətinə malik deyil. Abdullayev Çexiyadan dönəndən sonra futbolçuların durumuna bir daha baxıb, kimin heyətdə saxlanılmasının vacibliyini müəyyənləşdirəcək.
Elxan bəy yığmanın düşərgəsində olarkən baş tutan “Sumqayıt”la yoxlama matçı futbolçular haqda müəyyən fikir formalaşdırıb. 0:1 hesablı məğlubiyyətin qeydə alındığı görüşdə Pessalli daha yaxşı təsir bağışlayıb. Digər 2 əcnəbi güman ki, geri qaytarılacaq. Şükürov isə fiziki hazırlıq baxımından problemlərini yoluna qoyduqdan sonra heyətə qatılacaq. Elxan bəy sözügedən matçın videoyazısına baxıb, lakin qərar vermək üçün o, bunu yetərli saymır.
Əslində, “Neftçi”nin indiki vəziyyətində ona iki "cəbhə"də çalışan birinin rəhbərlik etməsi heç də doğru deyil. Amma klub rəhbərliyi bu vəziyyətdən narazı görünmür. Yəqin, Dereberinin də tez-tələsik dəvət edilməsi buna hesablanmışdı. Çünki hazırda bütün məsuliyyət onun üzərindədi.
Yenilərdən kiminləsə müqavilə imzalansa, bu, qısamüddətli olacaq. Həmin futbolçu daha uzunmüddətli anlaşma üçün qışa kimi özünü sübut etməlidi. Çünki hazırda düşərgədə olan futbolçular uzunmüddətli seleksiya işinin nəticəsi deyil, çətin vəziyyətdə komandaya kömək etmək üçün dəvət olunanlardı.
CAVAD
- Ölkə futbolu2024-04-12 08:00
Mikayıl Cabbarovun kadrları azərbaycanlılara qarşı
- Ölkə futbolu2024-04-11 14:10
AFFA-da növbəti təyinatlar olacaq: yeni baş katib və PFL prezidenti
- Ölkə futbolu2024-04-11 13:34
Lunyov “Qarabağ”ın uğurunun sirrini açdı: məşqçilər, həkimlər və…
- Digər idman növləri2024-04-12 00:29
“Anadolu Efes” növbəti mərhələdə