Milli komanda
Millimizə 70 azarkeş dəstəyi
Dünya çempionatının seçmə qrup mərhələsinin 3…
Dünya çempionatının seçmə qrup mərhələsinin 3-cü turu çərçivəsində Çexiyanın qonağı olan milli komandamız dəstəksiz deyil. Futbolinfo.az saytının Ostravaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, 2 oyundan 6 xalı olan yığmamızı 70-ə yaxın həmyerlimiz izləyir.
Mərkəzi tribunada qərarlaşan Azərbaycandan və Avropanın müxtəlif ölkələrindən gələn soydaşlarımız Azərbaycan bayraqları ilə "silahlanıb"lar. Qeyd edək ki, oyunun 8-ci dəqiqəsi gedir və hesab açılmayıb.