Dünya futbolu
"Qızıl ayaq" sahibinə qovuşdu – FOTO
"Qızıl ayaq" (Golden Foot) mükafatının sahibinin ad…
"Qızıl ayaq" (Golden Foot) mükafatının sahibinin adı açıqlanıb. Futbolinfo.az xəbər verir ki, bu titulu "Yuventus" klubu və İtaliya millisinin qapıçısı Canluici Buffon qazanıb.
38 yaşlı qolkiper hər il verilən mükafat uğrunda yarışda Lionel Messi, Kriştiano Ronaldo, Ueyn Runi, Andrea Pirlo və Tiaqo Silvanı qabaqlayaraq birinci olub. O, bu mükafatı qazanan ilk qapıçı kimi tarixə keçib.
"Golden Foot" 2003-cü ildən etibarən yaşı 28-dən az olmayan, futbolun inkişafında özünəməxsus pay sahibi olan futbolçulara verilir.