Müsahibə
Rəşad Sadıqov: "Partlayırdım e!"
Çexiya ilə səfər qarşılaşmasında meydana zədə səbəbi…
Çexiya ilə səfər qarşılaşmasında meydana zədə səbəbindən çıxa bilməyən millimizin kapitanı Rəşad Sadıqov matçdan sonra futbolinfo.az saytının suallarını cavablandırıb.
– Uşaqlar əjdaha kimi vuruşdu. Heç mənim meydanda olmamağımı hiss etdirmədilər. Sevinirəm ki, Çexiya səfərindən xalla dönməyi bacardıq.
– Meydana çıxmaq istəmirdin?
– Partlayırdım e! Ürəyim partlayırdı. Lakin həkim dedi ki, zədə şiddətlənə bilər.
– Buna baxmayaraq, 2-ci hissədə isinmə hərəkətləri edirdin.
– Bu, yalnız fövqaladə halda baş tutacaqdı. Ancaq şükürlər olsun ki, uşaqlar mənsiz də qoyulan vəzifəni əla yerinə yetirdilər.
– Zədən nə dərəcə şiddətlidi? Avropa Liası matçına çıxa biləcəksən?
– İndi bu suala cavab verə bilmərəm. Qəhrəmanları danışdırın, qəhrəmanları.
CEYHUN ƏLİYEV, Ostrava
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə
- Digər idman növləri2024-05-03 13:25
Tanınmış idmançılarla – öncə master-klas, sonra birgə məşq