Premyer-liqa
"Qəbələ" fanatından Cavid Hüseynova dəstək – FOTO
Premyer Liqanın 8-ci turu çərçivəsində keçiri…
Premyer Liqanın 8-ci turu çərçivəsində keçirilən "İnter" – "Qəbələ" matçının ilk dəqiqələrindən qonaq komandanın azarkeşləri maraqlı pankart açıblar. Futbolinfo.az xəbər verir ki, bölgə təmsilçisinin fanatları 3 gün öncə azadlığa buraxılan Cavid Hüseynovu tezliklə görmək istəklərini açılan bannerlə nümayiş etdiriblər.
Qəbələdən Bakıya gələn azarkeşlər "Bu kapitanlıq sənə yaraşır, Böyük kapitan. Cavid Hüseynov – 14" pankartını açıblar.
Qeyd edək ki, "İnter" – "Qəbələ" oyununda hesab açılmayıb – 0:0.
Onu da xatırladaq ki, ki, Hüseynov saxlanılmamışdan əvvəl "Qəbələ"yə kapitanlıq edirdi. "Qırmızı-qaralar"ın hazırkı kapitanı isə Rəşad Sadiqovdur.