Müsahibə
Qriqorçuk: "Otsuz meydanda necə oynayasan?"
Premyer Liqanın 8-ci turu çərçivəsində 1:1-lik bəra…
Premyer Liqanın 8-ci turu çərçivəsində 1:1-lik bərabərliklə başa çatan "İnter" – "Qəbələ" matçından sonra qonaqların baş məşqçisi Roman Qriqorçuk mətbuat konfransı keçirib. Futbolinfo.az xəbər verir ki, ukraynalı mütəxəssis meydançanın durumundan narazılığını kəskin şəkildə bildirdi.
– Komandanızdan razı qaldınızmı?
– Razı qala bilmərəm. Çünki qələbə qazanmamışıq. Ona görə narazıyam ki, bizim ifamızda daha yaxşı oyunlar görmüşük. Ancaq buna obyektiv səbəb də var. İki futbolçumuzu itirdik (Rəşad Sadiqov və Baqali Dabo). Çünki meydanda ot olmalıdı. Qoy süni olsun. Amma burda nə süni örtük var idi, nə də təbii. Bunu əsas səbəb kimi göstərmirəm. Ancaq diqqətinizə çatdırmağı zəruri sayıram.
– Asif Məmmədov hücum xəttini topla təmin etmək vəzifəsinin öhdəsindən gələ bildimi?
– Asifin bura nə dəxli? Bu vəzifəni hücumameylli hər oyunçumuz yerinə yetirməlidi. Söhbət bundan gedir ki, bu vəzifəni keyfiyyətli yerinə yetirmək lazmdı. Ancaq ot yoxdusa, nə cür uzun ötürmə etmək olar? Biz məgər parket üzərində oynayırdıq?
– Rəşad Sadiqov və Baqali Dabonun durumu barədə nə deyə bilərsiniz?
– Minimum iki həftə futbolsuz qalacaqlar. Bu, 2 həftə çəksə, sevinərik.
CEYHUN ƏLİYEV
- Ölkə futbolu2024-04-16 13:19
AFFA-da fırtınaqabağı sakitlik: maliyyə yoxlaması davam edir
- Ölkə futbolu2024-04-15 08:00
Hakim kömək etmədi, “Səbail” yenə qələbəsiz qaldı
- Ölkə futbolu2024-04-15 10:17
“Qarabağ” üçün daha iki potensial rəqib
- Ölkə futbolu2024-04-15 10:03
Musanın oynamamasının səbəbi – baş məşqçi açıqladı