Premyer-liqa
Zirədə futbolçular kəllə-kəlləyə gəldi
Premyer Liqanın 8-ci turunun son qarşılaşması çərç…
Premyer Liqanın 8-ci turunun son qarşılaşması çərçivəsində keçirilən "Zirə" – "Neftçi" görüşünün 27-ci dəqiqəsində əsəblər tarıma çəkilib. Futbolinfo.az xəbər verir ki, "ağ-qaralar"ın hücumu zamanı Denilson Pereyra meydan sahiblərinin 6 nömrəli futbolçusu Vüqar Mustafayevlə sözün həqiqi mənasında kəllə-kəlləyə gəlib.
"Zirə"nin daha bir futbolçusu Adil Nağıyevin də məsələyə müdaxiləsindən sonra münaqişəyə son qoyulub. Baş hakim Rəhim Həsənov isə futbol əlifbasına sadiq qalaraq, hər iki tərəfdən mübahisəyə girişən futbolçuları sarı vərəqylə "mükafatlandırıb".
Qeyd edək ki, "Zirə" – "Neftçi" matçının 34-cü dəqiqəsi gedir və hesab açılmayıb – 0:0.
- Ölkə futbolu2024-04-19 21:00
“Sumqayıt” avrokubok iddiasını davam etdirir
- Ölkə futbolu2024-04-21 11:50
Rəfiyev “Sabah” üçün plan qurub: rəqibinin rəqibini stimullaşdırır
- Ölkə futbolu2024-04-21 10:19
Yeni AFFA rəhbərliyi də əcnəbilərə üz tutdu: hər şey xorvatlara tapşırılacaq
- Premyer-liqa2024-04-20 20:55
“Zirə” “Neftçi”yə qalib gəldi