Bizi izləyin

Müsahibə

Prosineçki: "Belfastda qələbə qazansaq, daha böyük tarix yazmağa əsasımız yaranacaq"

“Azərbaycanlılar fenomenal insanlardı”. Futbolinfo.az s…

blank

“Azərbaycanlılar fenomenal insanlardı”. Futbolinfo.az saytının məlumatına görə, bu sözləri Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki deyib.
 
Millimizin DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Norveçə qalib gəlib (1:0), Çexiya ilə heç-heçə (1:1) etməsi Xorvatiya mətbuatının Prosineçkiyə olan diqqətini bir qədər də artırıb.
 
Bununla bağlı ölkəsinin mətbuatına müsahibə verən 47 yaşlı çalışdırıcı maraqlı fikirlər səsləndirib. O, sələfi Berti Foqtsu yada salaraq, yığmada etdiyi dəyişikliklərdən bəhs edib: “Mən nəyi dəyişdim? İlk növbədə, Azərbaycana köçdüm, orda yaşamağa başladım. Sələfimi tənqid etmək istəmirəm. Berti Foqts dünya futbolunda dahi adlardan biridi, o, 1996-cı ildə Almaniya yığmasına Avropa çempionluğunu qazandırıb. Amma Foqts Azərbaycanda yaşamırdı, yalnız toplanışdan toplanışa gəlirdi. Deyərdim ki, qazandığımız nəticələrdə bu, mühüm rol oynadı. Stadionlara gedib, demək olar ki, hər oyunu izləyirəm. Yalnız son zamanlarda bir neçə futbolçumuz ölkə xaricinə çıxıb. Eddi İsrafilov hazırda “Kadiz”dədi, qapıçımız “Boavişta”da çıxış edir. Daha bir futbolçumuz isə Almaniyadadı. Qısası, mən daha çox Azərbaycan çempionatının görüşlərinə baxmalı idim. Çünki 25 namizəddən təxminən 20-sini ölkə çempionatında çıxış edən futbolçular təşkil edir”.
 
– Azərbaycan yığmasında uğurlu nəticə qazanacağınıza nə vaxt inanmağa başladınız?
– Keçən seçmə mərhələdə Norveç və Xorvatiya ilə heç-heçə etdikdən sonra anladım ki, inkişafdayıq. İndi isə görürəm ki, adi insanlar da buna inanmağa başlayıblar. Bununla belə, dünya çempionatına vəsiqə qazanmaq bizim üçün çox çətindi. Onunla müqayisədə AÇ-2020-nin final mərhələsinə yollanmaq daha real görünür. Çünki həmin seçmə mərhələdə hətta 3-cü yeri tutan komandalar da Avropa çempionatına yollana bilirlər. Bundan sonra ölkəni və Azərbaycan xalqını hər oyunda daha yaxşı təmsil etməliyik. Belfastda da belə olmalıdı. Biz ora oyundan 3 gün qabaq yollanacağıq. Yaxşı hazırlaşacağıq. Avropa çempionatında Şimali İrlandiyanın çıxışını izlədim. Onlar fiziki cəhətdən çox güclü komandadılar. Mənim futbolçularım isə fiziki cəhətdən bir az zəifdilər, amma çox da zəif deyillər.
 
– Azərbaycanlı futbolçuları daha çox sovet məktəbinə yaxındılar, yoxsa türk mentalitetinə?
– Mən karyeramda belə şey görməmişəm. Onlar işlərinə 100 faiz konsentrasiya olurlar. Azərbaycanlılar döyüşkən xalqdırlar, son olimpiadadan cüdo və boks kimi idman növlərindən medallarla qayıtdılar. Çox sürətli və enerjilidirlər. Demirəm ki, onlarda mentalitet qalib kimi doğulub, amma bundan uzaq da deyillər. Bəli, ardıcıl uğurlu nəticələrdən sonra eyforiya hiss olunur. Bu, özlüyündə təhlükəli vəziyyətdi. Amma mənə azərbaycanlı futbolçularla çalışmaq xoş gəlir. Hə, bir də elə fikir formalaşıb ki, guya Azərbaycan mətbuatında çalışanlar sərt insanlardı, amma heç də belə deyil. Onların məntiq və yumor hissi güclüdü.
 
– Azərbaycan yığmasının baş məşqçisi postuna yeni keçəndə qarşınıza hansı hədəfi qoymuşdunuz?
– İlk plan bu idi ki, hər matçda yaxşı oynayaq. Ötən seçmə mərhələdə belə oyunlar keçirsək də, azarkeşlər o qədər də xoşbəxt deyildilər. Amma bu seçmə mərhələdə Norveç üzərindəki qələbədən sonra vəziyyət dəyişdi. Sizi əmin edirəm ki, Norveç, əslində, çox qorxulu komandadı. Son nəticələr bizdə məmnunluq yaratdı və başa düşdük ki, yaxşı oynamağı bacarırıq. Sadəlövh taktika qurmuruq. Odu ki, Şimali İrlandiya ilə oyunöncəsi də optimistəm. Belfastdakı matç seçmə mərhələnin həlledici oyunu olacaq. Əgər qələbə qazansaq, daha böyük tarix yazmağa əsasımız yaranacaq.
 
– Almaniya da qrupda rəqabət aparacağınız rəqiblər sırasındadı?
– Xeyr. Onlar bu rəqabətə daxil deyillər. Məncə, qrupda heç kim özünü Almaniyaya rəqib qismində görmür. Çexləri 3:0 hesabı ilə məğlub etdikləri oyuna baxdım. Qrupdakı hər 3 matçda asanlıqla qələbə qazanıblar. Almanlara qarşı oynayırsansa, gərək çox texnikalı futbolçulara sahib olasan ki, ələ düşən minimum imkandan da istifadə etsin. Bir də unutmayaq ki, Almaniya yığmasının qapısını “ağıl dəryası” olan Manuel Noyer qoruyur.
 
– “Kayserispor”da uğurlu nəticəyə imza atandan sonra “Beşiktaş”a getmədiniz. Buna görə peşmansınız?
– “Kayserispor”la çempionatda 5-ci yeri tutanda “Beşiktaş”ın təklifini geri çevirdim. Düzdü, səhv etdim, amma klubuma qarşı vicdanlı davrandım. Həyat özü bir məktəbdi. Mən gənc məşqçiyəm. Özümdə inkişaf hiss edirəm. Anlayıram ki, getdikcə daha güclü məşqçiyə çevrilirəm. Təcrübə çox önəmlidi.
 
– Klubda və yığmada məşqçi işləməyin fərqi…
– Həm klubda, həm də mill komandada məşqçilik təcrübənin olmağı yaxşı haldı. Fərqli tapşırıqlardı. Millinin məşqçisi olanda 15 günlük toplanış ərzində çox həyəcan keçirirsən. Axı ölkəni, xalqı təmsil edirsən. Bu, böyük məsuliyyət deməkdi. Klubda isə futbolçularla daha çox işləmək imkanın olur. (Apasport)

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-06 00:57

“Çelsi” darmadağına sevindi, “Liverpul” “Tottenhem”ə qalib gəldi

blank
Dünya futbolu2024-05-06 00:35

Musanın komandasından inamlı qələbə

blank
Premyer-liqa2024-05-06 00:03

“Qəbələ”də üç itki

blank
Dünya futbolu2024-05-05 23:38

“Qalatasaray” darmadağına sevindi, Renat oynamadı

blank
Dünya futbolu2024-05-05 23:23

Coşqun, Bəxtiyar və Sərtan qələbəyə sevindi, Ramil və Vüsal…

blank
Premyer-liqa2024-05-05 22:32

“Sabah” bəxt sayəsində qalib gəldi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-05 22:25

Renduliç: “Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi”

blank
Digər idman növləri2024-05-05 22:18

“Xəzri” yarımfinalda!

blank
Premyer-liqa2024-05-05 21:49

“Sabah”a bir qol bəs etdi – VİDEO

blank
Digər idman növləri2024-05-05 21:21

Azərbaycan gimnastı Avropa Kubokunda gümüş medal qazandı

blank
Premyer-liqa2024-05-05 20:57

“Sabah”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-05 20:22

Göygöldə Avropa Kuboku başa çatdı, Azərbaycan birinci oldu

blank
Premyer-liqa2024-05-05 20:00

Ayxan Abbasov: “Bacarmasam, çıxıb gedəcəyəm” – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:38

“Turan Tovuz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:19

Rəşad Sadıqov: “Bərabərlik də ədalətli nəticə olardı” – VİDEO

blank
Əvəzedicilər2024-05-05 18:59

“Qarabağ”ın əvəzediciləri “Neftçi”yə uduzdu

blank
Premyer-liqa2024-05-05 18:29

“Turan Tovuz” “Zirə”yə evdə uduzdu

blank
Digər idman növləri2024-05-05 17:31

“Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-05 17:09

Azərbaycan yığması Avropa Kubokunda növbəti medalı qazandı

blank
Digər idman növləri2024-05-05 16:22

“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi

blank
Əvəzedicilər2024-05-05 14:29

Əvəzedicilərin yarışında 33-cü turun təyinatları

blank
Dünya futbolu2024-05-05 13:33

Milli karyerasını başa vurdu

blank
Ölkə futbolu2024-05-05 12:41

“Qarabağ”dan hücumçusu ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-05 12:22

Bu gün Bakıdakı Avropa Kubokuna yekun vurulacaq

blank
Digər idman növləri2024-05-05 11:22

“Bakı Marafonu 2024” start götürüb

blank
Dünya futbolu2024-05-05 11:11

22 il sonra Premyer Liqada

blank
Dünya futbolu2024-05-05 09:30

“Şeffild Yunayted” son 100 ildə 100 qol buraxan ilk komanda oldu

blank
Premyer-liqa2024-05-05 09:11

“Turan Tovuz” “Zirə”yə, “Araz-Naxçıvan” “Sabah”a qarşı

blank
Digər idman növləri2024-05-05 08:52

Daha bir ulduz tennisçi Roma turnirində olmayacaq

blank
Digər idman növləri2024-05-05 08:35

Mayamidə Ferstappen sprintin qalibi oldu

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm