Ölkə futbolu
Ronaldinyo: "Gələcəkdə onların böyük klublarda çıxış etmələrinə dəstək olmağa çalışacağam"
"İlk növbədə hər kəsi salamlayıram. Əvvəllər də Az…
"İlk növbədə hər kəsi salamlayıram. Əvvəllər də Azərbaycan haqda çox eşitmişdim. Bilirəm ki, ölkənizdə xeyli braziliyalı futbolçu çıxış edib". Futbolinfo.az xəbər verir ki, bu sözləri braziliyalı ulduz Ronaldinyo deyib.
Hazırda ölkəmizdə səfərdə olan Ronaldinyo "Qəbələ"nin təşəbbüsü ilə yaradılacaq akademiya barədə bunları söyləyib: " Təxminən ayyarım əvvəl "Qəbələ" klubu ilə akademiyanın fəaliyyəti ilə danışıqlara başladıq. İstərdim ki, akademiyaya gələcək uşaqlar mənim adımı eşidib futbola daha ciddi yanaşsınlar. Onların gələcəkdə ulduz futbolçuya çevrilmələri mənim uğurum olacaq. Həmçinin həmin uşaqların gələcəkdə böyük klublarda çıxış etmələrinə dəstək olmağa çalışacağam".
- Milli komanda2024-05-03 08:00
Vay(ss) bizim halımıza?
- Ölkə futbolu2024-05-02 08:00
Bir aylıq istirahətin şərəfinə… Balaşın ariyası
- Müsahibə2024-05-02 15:51
Dodo “Qəbələ”yə kömək etmək istəyir: I Liqada da oynamağa hazırdır
- Ölkə futbolu2024-05-03 15:05
“Neftçi”nin transfer etmək istədiyi futbolçu Danimarkada həbsdə olub – cinsi təcavüzə görə