Bizi izləyin

Ölkə futbolu

“Neftçi” üçün çağırış anı: ud, özünə gəl!

Sabah Premyer Liqanın 9-cu turuna 2 qarşılaşmayla son vurulacaq. M…

blank

Sabah Premyer Liqanın 9-cu turuna 2 qarşılaşmayla son vurulacaq. Maraqlıdı ki, hər iki görüşdə favorit qonaqlardı. “Qəbələ” Sumqayıtın eyniadlı komandasının, “Qarabağ” isə “Neftçi”nin qonağı olacaq matçdan 3 xalla ayrılmağa daha yaxın görünür. Hər halda kağız üzərində bu, belədi.

Daha böyük marağa heç şübhəsiz ki, tarixinin ən acı günlərini yaşayan “Neftçi”ylə son 3 mövsümün əvəzsiz çempionu olan “Qarabağ” arasında görüş səbəb olacaq. Meydan sahibləri üçün özünüsübut baxımından bundan gözəl fürsət ola bilməz. Özü də xal(lar) qazanmaq üçün münbit şərait də yaranıb.

Ağdamlıların Avropa Liqasının qrup mərhələsində Yunanıstan PAOK-uyla ev oyunundan elə də çox vaxt ötməyib. Ölkə çempionunun fiziki yorğunluğu bir tərəfə, emosional partlayışı da məhz qrupdakı ilk qələbəyə təsadüf edib. Qurban Qurbanov nə qədər tələbkar və təmkinli mütəxəssis olsa da, özü də etiraf edər ki, PAOK üzərində qələbədən sonra futbolçuları maksimal konsentrasiyaya kökləmək mümkün olmayacaq. İstər-istəməz komanda daxilində müəyyən rahatlıq hökm sürəcək. İndi “süvarilər” düşüncələrində uzaq Yunanıstandadılar. Axı, PAOK-la səfər qarşılaşmasından da 3 xalla ayrılacaqları təqdirdə, böyük ölçüdə ölkə futbol tarixində ilk dəfə Avropa Liqasının 1/16 final mərhələsinin qapısını açmış olacaqlar.

Əlbəttə, heyət sarıdan “Qarabağ”ın kifayət qədər resursları var. Yəni, milli və avrokubok səviyyəsində üzərlərinə yük düşən futbolçulara istirahət vermək mümkündü. Ancaq Qurbanovun Rəşad Sadıqov, Maksim Medvedev, Bədavi Hüseynov kimi fiqurları eyni səviyyədə əvəzləyəcək oyunçusu yoxdu. Üstəlik zədədən yenicə dönmüş Bədavini ardıcıl yükləmək daha ağır fəsada səbəb ola bilər. Elə Sadıqovun da yaşını nəzərə alsaq, ardıcıl 90 dəqiqələr onu sıradan çıxara bilər. Maksim də artıq neçə oyundu ki, istirahətsiz döyüşür.  Maraqlıdı ki, hər 3 futbolçu yerli statusu daşıyır. Deməli, nəinki adlarını çəkdiyimiz, hələ legioner limiti də “Qarabağ”ın başağrısına çevriləcək. 

Bəs, “Neftçi”? “Ağ-qaralar”da oyanış mütləq olmalıdı. Çünki ardıcıl məğlubiyyətlər seriyası əvvəl-axır qırılmalıdı. Üstəlik, Araz Abdullayev, Jayro Rodriges, Rəhman Hacıyev kimi futbolçular üçün bu matç çağırış anı olmalıdı. Ambisiyaları, özünütəsdiq baxımından “Qarabağ” ən əlverişli rəqibdi. Elə klubun cari mövsüm transfer etdiyi legionerləri üçün də ölkə çempionuna qarşı görüş dönüş nöqtəsi ola bilər. 

Motivasiya baxımından “Neftçi” aşkar üstünlüyə sahib olacaqsa, psixoloji cəhətdən ağdamlılar olduqca rahatdı. Ancaq sabahkı matçda “motivasiya” “psixoloji durum”u üstələyə bilər. Əlbəttə, Elxan Abdullayevin üzərinə də çox yük düşəcək. Futbolçulara turnir cədvəlini unutdarmaq – onun ümdə vəzifəsi olmalıdı. Çünki belədə, Araz da, Jayro da adət etdikləri tərzdə futbol sərgiləyə biləcəklər. Belədə, komanda yoldaşları da liderlərin arxasınca gedəcək və 90 dəqiqənin tamamında “ağ-qaralar” sevinən tərəf olmaq üçün real şans qazancaqlar. 

Sonda bir xatırlatma yerinə düşər: top yumru, meydan düzdü. Elxan Abdullayev də məhz bu döyülmüş məsəli futbolçuların beyninə hopddurmalıdı. Axı, meydana çıxan hər futbolçunun 2 ayağı və bir başı var. Deməli, şans həmişə var. Yetər ki, inanıb, sonadək vuruşasan.

CEYHUN ƏLİYEV

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-06 02:12

Norrisin ilk qələbəsi

blank
Dünya futbolu2024-05-06 02:00

“Sevilya” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-06 01:40

“Milan” evdə, “Yuventus” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-05-06 01:18

“Bayer”dən darmadağın

blank
Dünya futbolu2024-05-06 00:57

“Çelsi” darmadağına sevindi, “Liverpul” “Tottenhem”ə qalib gəldi

blank
Dünya futbolu2024-05-06 00:35

Musanın komandasından inamlı qələbə

blank
Premyer-liqa2024-05-06 00:03

“Qəbələ”də üç itki

blank
Dünya futbolu2024-05-05 23:38

“Qalatasaray” darmadağına sevindi, Renat oynamadı

blank
Dünya futbolu2024-05-05 23:23

Coşqun, Bəxtiyar və Sərtan qələbəyə sevindi, Ramil və Vüsal…

blank
Premyer-liqa2024-05-05 22:32

“Sabah” bəxt sayəsində qalib gəldi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-05 22:25

Renduliç: “Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi”

blank
Digər idman növləri2024-05-05 22:18

“Xəzri” yarımfinalda!

blank
Premyer-liqa2024-05-05 21:49

“Sabah”a bir qol bəs etdi – VİDEO

blank
Digər idman növləri2024-05-05 21:21

Azərbaycan gimnastı Avropa Kubokunda gümüş medal qazandı

blank
Premyer-liqa2024-05-05 20:57

“Sabah”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-05 20:22

Göygöldə Avropa Kuboku başa çatdı, Azərbaycan birinci oldu

blank
Premyer-liqa2024-05-05 20:00

Ayxan Abbasov: “Bacarmasam, çıxıb gedəcəyəm” – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:38

“Turan Tovuz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:19

Rəşad Sadıqov: “Bərabərlik də ədalətli nəticə olardı” – VİDEO

blank
Əvəzedicilər2024-05-05 18:59

“Qarabağ”ın əvəzediciləri “Neftçi”yə uduzdu

blank
Premyer-liqa2024-05-05 18:29

“Turan Tovuz” “Zirə”yə evdə uduzdu

blank
Digər idman növləri2024-05-05 17:31

“Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-05 17:09

Azərbaycan yığması Avropa Kubokunda növbəti medalı qazandı

blank
Digər idman növləri2024-05-05 16:22

“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi

blank
Əvəzedicilər2024-05-05 14:29

Əvəzedicilərin yarışında 33-cü turun təyinatları

blank
Dünya futbolu2024-05-05 13:33

Milli karyerasını başa vurdu

blank
Ölkə futbolu2024-05-05 12:41

“Qarabağ”dan hücumçusu ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-05 12:22

Bu gün Bakıdakı Avropa Kubokuna yekun vurulacaq

blank
Digər idman növləri2024-05-05 11:22

“Bakı Marafonu 2024” start götürüb

blank
Dünya futbolu2024-05-05 11:11

22 il sonra Premyer Liqada

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm