Premyer-liqa
"Qəbələ"nin zədəlilərindən xəbər var
Cari mövsüm zədəli oyunçularının sayının &ccedi…
Cari mövsüm zədəli oyunçularının sayının çoxluğundan əziyyət çəkən “Qəbələ”nin düşərgəsindən yeni xəbər var. Futbolinfo.az xəbər verir ki, yarımmüdafiçilər – Nika Kvekveskiri, Rəşad Sadiqov və Elvin Camalov fərdi məşqlərə başlayıb.
Onlar “Sumqayıt”la sabahkı matçdan sonra komanda ilə hazırlıqlara qoşulacaq. Hər 3 futbolçu həftəsonu “Neftçi” ilə Premyer Liqa matçında meydana çıxa bilər.
Baqali Dabo və Sergey Zenyov isə hələ ki, məşqlərə başlamayıb və müalicələrini davam etdirirlər. Bundan başqa, yenidən komandanın sıralarına qayıdan Cavid Hüseynovun adı bu gün PFL-in iştirak ərizəsinə daxil ediləcək.
Qeyd edək ki, sözügedən matç sabah saat 16:00-da “Kapital Bank Arena”da start götürəcək.