Bizi izləyin

Ölkə futbolu

“Zirə”də yeni dönəm: Şükürovu Abbasov əvəz edir?

“Zirə” yenə itirdi. Bu dəfə autsayderlə oyunda qələ…

blank

“Zirə” yenə itirdi. Bu dəfə autsayderlə oyunda qələbə qazanılmadı. Arxada qalan 9 oyundan sonra komandanın xal ehtiyatı 11-lə ölçülür. Ötən mövsümü gümüş medalla bitirən komanda üçün bu nəticə fiaskodu. “Qəsəbəlilər” arxada qalan oyunların 4-də məğlub olub, daha ikisində isə 1 xala sevinib.

Uzağa getməyək, elə ötən mövsümə nəzər salaq. Premyer Liqada keçirdiyi ilk mövsümdəcə “Zirə” adından söz etdirməyi bacarmışdı. Komanda eyni sayda oyundan sonra 4 qələbə və 4 heçəyə imza atmış, yalnız 1 qarşılaşmadan (o da son 3 mövsümün əvəzsiz çempionu “Qarabağ”la oyunda) məğlubiyyətlə ayrılmışdı. 

İndi isə sıralarında heç kimin ehtiyac duymadığı oyunçuları toplamış AZAL səddini belə keçmək kimi minimal vəzifənin öhdəsindən gələ bilmirlər. Niyə? 

Sualın cavabı çoxşaxəlidi. Əvvəla, heyətlə bağlı qeydlərimizi etməliyik. Fakt budu ki, Bonilya – Tato tandeminin nə qədər güclü olduğu indi turnir cədvəlindən aşkar sezilir. Özü də deməyin ki, çempionat yeni başlayıb, bitiminə 19 tur qalıb, artıq bu gün – sabah yarılanacaq. Yeni gələn futbolçuların köhnələri əvəz edə bilməməsi artıq faktdı. Deməli, seleksiya işləri ötən mövsümlə müqayisədə daha uğursuz aparılıb.

Daha bir məqam “Zirə”nin ötən mövsüm ciddiyə alınmaması ilə bağlıdı. Elitaya yenicə vəsiqə qazanan komandaya rəqibləri mövsümün əvvəlində barmaqarası yanaşırdı. Qış fasiləsindən sonra isə “qəsəbəlilər”lə oyunlarda heç kim özünü oda-alova atmaq istəmədi. Axı, komandanın avrokuboklarda iştirak etməyəcəyi dəqiqləşmişdi. Ağrımayan başa isə heç kim dəsmal çəkmək eşqinə düşmədi.

Nəhayət, nəticələrin pisləşməsini şərtləndirən daha bir fakt haqda. Ötən mövsümlə müqayisədə, Premyer Liqa iştirakçılarının sayı azalıb. Belədə hər klub istənilən rəqiblə görüşdə xal ehtiyatını zənginləşdirmək üçün cani-dildən vuruşur. Elə AZAL-ın son nümunəsi dediklərimizin əyani sübutudu.

Göründüyü kimi, “Zirə”nin ötənilki nəticənin təkrarlaması inandırıcı deyil. Komandanın hazırkı durumu heç də “qara zolaq” adlandırıla bilməz. Mövcud faktorlar “qartallar”ın real potensialına uyğun yerdə qərarlaşdıqlarını göstərir. 

Əlbəttə, klub rəhbərliyi bu cür nəticələrdən razı qala bilməz. Nəticə uğursuz olduqda isə ilk növbədə bütün diqqətlər baş məşqçiyə yönəlir. Adil Şükürovun ötənmövsümkü başgicəlləndirici, həm də təsadüfi uğuru artıq unudulub. İndi ondan ən pis halda avrokuboklara vəsiqə verən yerlər tələb olunur ki, mövcud futbolla bunu həyata keçirmək real deyil.

Baş məşqçinin kreslosunun laxlamasını söyləmək üçün Nostradamus olmağa ehtiyac yoxdu. Ancaq mövcud durumda hansısa məşqçini kənardan gətirmək cari mövsümü silmək anlamına gələcək. “Zirə” rəhbərliyi isə çətin ki, hadisələrin bu cür gedişatı ilə razılaşa. 

Deməli, baş məşqçini “evin içi”ndən axtaracaqlar. Hazırda “Zirə”də çalışanları nəzərdən keçirdikdə isə bu posta ən real namizəd kimi Ayxan Abbasov görünür və bu barədə ilkin siqnallar da var. Akademiyaya, uşaq komandalarına nəzarət edən Abbasovun namizədliyi xeyli vaxtdı rəhbərlik səviyyəsində müzakirə olunur. Proqnozumuzun nə dərəcədə reallaşacağını zaman göstərəcək. Ancaq qarşıdakı 4 oyundan 3-də “Zirə”nin hazırda turnir cədvəlinin ilk “3-lüy”ündə qərarlaşan komandalarla qarşılaşacağını nəzərə alsaq, hadisələrin gedişatını çox gözləməli olmayacağımızı söyləyə bilərik.

FƏRİD

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-06 02:12

Norrisin ilk qələbəsi

blank
Dünya futbolu2024-05-06 02:00

“Sevilya” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-06 01:40

“Milan” evdə, “Yuventus” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-05-06 01:18

“Bayer”dən darmadağın

blank
Dünya futbolu2024-05-06 00:57

“Çelsi” darmadağına sevindi, “Liverpul” “Tottenhem”ə qalib gəldi

blank
Dünya futbolu2024-05-06 00:35

Musanın komandasından inamlı qələbə

blank
Premyer-liqa2024-05-06 00:03

“Qəbələ”də üç itki

blank
Dünya futbolu2024-05-05 23:38

“Qalatasaray” darmadağına sevindi, Renat oynamadı

blank
Dünya futbolu2024-05-05 23:23

Coşqun, Bəxtiyar və Sərtan qələbəyə sevindi, Ramil və Vüsal…

blank
Premyer-liqa2024-05-05 22:32

“Sabah” bəxt sayəsində qalib gəldi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-05 22:25

Renduliç: “Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi”

blank
Digər idman növləri2024-05-05 22:18

“Xəzri” yarımfinalda!

blank
Premyer-liqa2024-05-05 21:49

“Sabah”a bir qol bəs etdi – VİDEO

blank
Digər idman növləri2024-05-05 21:21

Azərbaycan gimnastı Avropa Kubokunda gümüş medal qazandı

blank
Premyer-liqa2024-05-05 20:57

“Sabah”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-05 20:22

Göygöldə Avropa Kuboku başa çatdı, Azərbaycan birinci oldu

blank
Premyer-liqa2024-05-05 20:00

Ayxan Abbasov: “Bacarmasam, çıxıb gedəcəyəm” – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:38

“Turan Tovuz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:19

Rəşad Sadıqov: “Bərabərlik də ədalətli nəticə olardı” – VİDEO

blank
Əvəzedicilər2024-05-05 18:59

“Qarabağ”ın əvəzediciləri “Neftçi”yə uduzdu

blank
Premyer-liqa2024-05-05 18:29

“Turan Tovuz” “Zirə”yə evdə uduzdu

blank
Digər idman növləri2024-05-05 17:31

“Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-05 17:09

Azərbaycan yığması Avropa Kubokunda növbəti medalı qazandı

blank
Digər idman növləri2024-05-05 16:22

“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi

blank
Əvəzedicilər2024-05-05 14:29

Əvəzedicilərin yarışında 33-cü turun təyinatları

blank
Dünya futbolu2024-05-05 13:33

Milli karyerasını başa vurdu

blank
Ölkə futbolu2024-05-05 12:41

“Qarabağ”dan hücumçusu ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-05 12:22

Bu gün Bakıdakı Avropa Kubokuna yekun vurulacaq

blank
Digər idman növləri2024-05-05 11:22

“Bakı Marafonu 2024” start götürüb

blank
Dünya futbolu2024-05-05 11:11

22 il sonra Premyer Liqada

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm