Bizi izləyin

Ölkə futbolu

“Qarabağ” üçün tarixi an: Salonikidə finala bərabər döyüş

“Qarabağ”ın Avropa Liqasında PAOK-u üstələməsi …

blank

“Qarabağ”ın Avropa Liqasında PAOK-u üstələməsi (2:0) təmsilçimizin növbəti mərhələyə adlamaq şanslarını xeyli artırdı. 4 xalla qrupda 2-3-cü pillələri bölüşən ağdamlılar 2 il əvvəli xatırladır. AL-in 2014/15 mövsümündə də Qurban Qurbanovun yetirmələri 3 turdan sonra 4 xal toplamışdı. Qazanılan nəticələrin ardıcıllığı da elə indiki kimi idi. İlk oyunda evdə heç-heçənin ardınca, İtaliyada alınan məğlubiyyət. Yeganə fərq isə 3-cü matçda qazanılan qələbənin 2 il əvvəlkindən fərqli səfərdə yox, evdə əldə edilməsi idi.

O zaman “Qarabağ” son 3 oyunundan 2-ni evdə, 1-ni isə səfərdə keçirəcəkdisə, bu dəfə əksinə olacaq. Əvəzində rəqiblərin 2014-cü ildəki kimi qoruxlu olmamasıdı. O baxımdan ki, “Dnepr”i PAOK-dan, “Sent Etiyen”i isə “Slovan”dan üstün saymaq olar. Əbəs yerə deyil ki, elə həmin mövsümün sonunda ukraynalılar AL-in finalına adını yazdırmışdı. Bundan başqa, ötən 2 il ərzində “Qarabağ”ın daha da təcrübə qazanması əvvəlki səhvləri buraxmaması üçün böyük rol oynaya bilər. Nəzərə alsaq ki, “süvarilər” son turda “Fiorentina” ilə qarşılaşacaq, qrup lideri olan apenninlilər son tura böyük ehtimalla vəsiqəni təmin edib, gələcək. Necə ki, bunu 2 il əvvəl Milan “İnter”i etmişdi. Qrup lideri kimi Bakıya gələn “göy-qaralar” ikinci heyətlə meydana çıxmaqla “Qarabağ”ın uğur qazanmasına zəmin yaratmışdı. Amma çexiyalı referi Miroslav Zelinka verdiyi yanlış qərarla ağdamlıları pley-offdan məhrum etmişdi. 

Ötən mövsüm “Tottenhem”, “Anderlext” və “Monako” kimi komandalarla rəqib olan təmsilçimiz bu güclü komandalarla oyunlarda artıq 2 turdan sonra qrup 2-cisi idi. Bu cür səviyyəli kollektivlərlə oyunlarda qazanılan təcrübədən sonra “Qarabağ” 2-ci eşelon təmsilçiləri ilə matçlarda özünü suda balıq kimi hiss etməlidi. 

İndi Qurbanovun yetirmələri növbəti turda Salonikidən qələbə ilə qayıtsa, növbəti mərhələ şanslarını daha da artıra bilər. Belə olan halda, elladalıları 3 xal qabaqlayacaq təmsilçimiz şəxsi oyunlarda da onlardan üstün olacaq. Bu da öz növbəsində PAOK-la xalların eyni olacağı halda “Qarabağ”ın daha üst sırada dayanacağı deməkdi.

Unutmayaq ki, yunanların qalan 2 oyundan biri İtaliyada keçiriləcək ki, “bənövşələr”dən xal alacaqları real görünmür. Deməli, Azərbaycan çempionu növbəti tur qalib gələrsə, “1 gülləylə 2 dövşan” vurmuş olacaq: həm xal ehtiyatını zənginləşdirəcək, həm də PAOK-u 1/16 finala namizədlər sırasından silmiş olacaq. Belədə, qalacaq yalnız “Liberets”. Çexiyadan da gətiriləcək mümkün 1 xal, Slovan təmsilçisinin də “qəbristanlığ”a göndərilməsi demək olacaq.

Göründüyü kimi, bu dəfə bütün yollar Salonikiyə aparır. PAOK-la səfər qarşılaşması “Qarabağ” üçün həlledici xarakter daşıyacaq. Nəzərə alsaq ki, yunanlar evdə Bakıdakı məğlubiyyətin acısını çıxmağa çalışacaqlar, həmyerlilərimiz əks-hücumda istəklərinə çata bilərlər. Qısası, PAOK – “Qarabağ” matçı “süvarilər” üçün finala bərabər olacaq. Qalib gəlsələr, daha bir yeni tarixin qapılarını açacaqlar.

ELMAR ABDULLA-ZADƏ

Reklam

Reklam


blank
Digər idman növləri2024-05-06 02:12

Norrisin ilk qələbəsi

blank
Dünya futbolu2024-05-06 02:00

“Sevilya” darmadağına sevindi

blank
Dünya futbolu2024-05-06 01:40

“Milan” evdə, “Yuventus” səfərdə xal itirdi

blank
Dünya futbolu2024-05-06 01:18

“Bayer”dən darmadağın

blank
Dünya futbolu2024-05-06 00:57

“Çelsi” darmadağına sevindi, “Liverpul” “Tottenhem”ə qalib gəldi

blank
Dünya futbolu2024-05-06 00:35

Musanın komandasından inamlı qələbə

blank
Premyer-liqa2024-05-06 00:03

“Qəbələ”də üç itki

blank
Dünya futbolu2024-05-05 23:38

“Qalatasaray” darmadağına sevindi, Renat oynamadı

blank
Dünya futbolu2024-05-05 23:23

Coşqun, Bəxtiyar və Sərtan qələbəyə sevindi, Ramil və Vüsal…

blank
Premyer-liqa2024-05-05 22:32

“Sabah” bəxt sayəsində qalib gəldi” – Elmar Baxşıyev

blank
Premyer-liqa2024-05-05 22:25

Renduliç: “Penalti təyin olunarkən reaksiyamız xoşuma gəlmədi”

blank
Digər idman növləri2024-05-05 22:18

“Xəzri” yarımfinalda!

blank
Premyer-liqa2024-05-05 21:49

“Sabah”a bir qol bəs etdi – VİDEO

blank
Digər idman növləri2024-05-05 21:21

Azərbaycan gimnastı Avropa Kubokunda gümüş medal qazandı

blank
Premyer-liqa2024-05-05 20:57

“Sabah”dan növbəti qələbə

blank
Digər idman növləri2024-05-05 20:22

Göygöldə Avropa Kuboku başa çatdı, Azərbaycan birinci oldu

blank
Premyer-liqa2024-05-05 20:00

Ayxan Abbasov: “Bacarmasam, çıxıb gedəcəyəm” – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:38

“Turan Tovuz” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-05 19:19

Rəşad Sadıqov: “Bərabərlik də ədalətli nəticə olardı” – VİDEO

blank
Əvəzedicilər2024-05-05 18:59

“Qarabağ”ın əvəzediciləri “Neftçi”yə uduzdu

blank
Premyer-liqa2024-05-05 18:29

“Turan Tovuz” “Zirə”yə evdə uduzdu

blank
Digər idman növləri2024-05-05 17:31

“Bakı Marafonu 2024”ün qalibləri mükafatlandırıldı

blank
Digər idman növləri2024-05-05 17:09

Azərbaycan yığması Avropa Kubokunda növbəti medalı qazandı

blank
Digər idman növləri2024-05-05 16:22

“Bakı Marafonu 2024” qalibləri müəyyənləşdi

blank
Əvəzedicilər2024-05-05 14:29

Əvəzedicilərin yarışında 33-cü turun təyinatları

blank
Dünya futbolu2024-05-05 13:33

Milli karyerasını başa vurdu

blank
Ölkə futbolu2024-05-05 12:41

“Qarabağ”dan hücumçusu ilə yeni müqavilə

blank
Digər idman növləri2024-05-05 12:22

Bu gün Bakıdakı Avropa Kubokuna yekun vurulacaq

blank
Digər idman növləri2024-05-05 11:22

“Bakı Marafonu 2024” start götürüb

blank
Dünya futbolu2024-05-05 11:11

22 il sonra Premyer Liqada

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm