Bizi izləyin

Ölkə futbolu

Tiranın yumruğunun unutdurduğu fiasko

Hər şey Katalin Tiranın hərəkətinin arxasında qala bilməz. Bir…

blank
Hər şey Katalin Tiranın hərəkətinin arxasında qala bilməz. Bir futbolçunun etdiyi tərbiyəsizlik klubun durumunun əsəblərdə partlayan yekunudu. Rumın forvard azarkeşə yox, yanlış klub idarəetməsinə, olmayan intizama, zəif təşkilatçılığa yumruq atdı.
 
***
 
"Neftçi" – "Qarabağ" oyununu analiz etmək üçün cümlə, cümlələri qurmaq üçün söz tapa bilmirəm. Statistika dəhşətlidi.
"Neftçi" 90 dəqiqə ərzində qapıya 1 zərbə vurub – o da "çərçivə"yə düşməyib.
"Qarabağ" həmin müddətdə 18 dəfə qapını hədəfə götürüb və 8 dəfə real təhlükə yaradıb.
 
Əlavə sözə, izaha ehtiyac varmı? Bu, əzəli rəqib olan komandalarının bir oyundakı fəaliyyətinin güzgüsüdü, qalanı təfərrüatdı.
 
Elxan Abdullayev 5 müdafiəçili sistemi ona görə seçməmişdi ki, belə statistika ortaya çıxsın, o, yetirmələrinin real gücünü bildiyindən, əlindəki materiala uyğun oyun qurmuşdu. "Qarabağ"la matçda hücum futbolu oynamaq intihara cəhd olardı.
 
Ultramüdafiə futbolu da fayda vermədi. Çünki komandanın yarımmüdafiəsi yox kimidi, komanda hücuma çıxa bilmir, hər 3-4-cü ötürmədən sonra topu rəqibə bağışlayırdılar. Niyə? Ona görə ki, bu futbolçuların bacarığı yalnız buna imkan verir. Səviyyəsiz legionerlər, karyerası başlamamış bitən yerli oyunçular – bu ansambl məğlubiyyətə məhkumdu. Və Abdullayevin əvəzinə hansı məşqçi olursa-olsun, fərqli mənzərə mümkün deyil.
 
Sabiq baş məşqçi Vəli Qasımov komandanı elə formalaşdırıb ki, Elxan bəyin nəyisə dəyişmək üçün şansı yoxdu. Qışa kimi möcüzə etmək də olmayacaq və komanda elə autsayder olaraq qalacaq. Yanvarda komandanın necə dəyişəcəyi isə məşqçi seçimindən və rəhbərliyin verəcəyi qərarlardan asılıdı.
 
Abdullayev oyunsonrası mətbuat konfransında komandanın qışda tamamilə yenilənəcəyi barədə siqnal verdi, lakin özünün həmin vaxt harada olacağı bilinmədi. Əmin olun, milli komanda Belfastda uğurlu nəticə qazansa, Elxan bəy millidə Robert Prosineçkinin köməkçisi kimi qalacaq, əks halda oradan ayrılıb "Neftçi"də daha ciddi işlərə başlayacaq.
 
***
 
– Elə futbolçu "Neftçi"də olmayacaq. Bu, xoşagəlməz hadisədi. Onu çox ciddi cəza gözləyir. "Neftçi" o futbolçuya qarşı layiqli münasibətini göstərəcək.
 
Bunlar Elxan Abdullayevin Tiranın hərəkətinə verdiyi reaksiyadı. Gözləniləndi. Müşahidə Şurasına sədr seçilərkən Çingiz Abdullayev də oxşar ifadələr işlətmiş, tərbiyəsizlərə "Neftçi"də yer olmadığını demişdi. Lakin "Neftçi" yeni tərbiyəsizlər yetişdirdiyi bir vaxtda indi klub rəhbərliyindən kimisə tapmaq mümkün deyil. Mövsümün startında hər oyundan sonra açıqlama verən şura üzvləri qeybə çəkilib: yəqin ki, daha bəhanə, bəraət çıxışları da qalmayıb. Çingiz bəy bir yana, heç məlum islahatlardan sonra təyinat alan yeni idarəçilərdən də gözə dəyəni yoxdu. Onlar hətta "siftə" də etməyib.
 
***
 
Ən maraqlısı Elxan Abdulayevin mətbuat konfransında dedikləridi: "Neftçi" AFFA-ya müraciət elədi, onlar da məni məsləhət gördülər. AFFA bizim ən böyük instansiyamızdı. Kiminsə xoşuna gələ bilər, ya yox – bu, nə sizin işinizdi, nə də mənim. Mən sadəcə, fəhləyəm".
 
STOP! Fəhlə – proletar söhbətinin yeri deyil. Ola bilsin, Tira olayına görə bu açıqlama bir az kölgədə qaldı, amma bir kluba məşqçini AFFA-nın təyin etməsindən pis heç nə ola bilməz. 20 yaşlı qurum 80 yaşlı tarixi kluba sahiblənib – bunu bildk, lakin bunun məşqçi vasitəsilə etiraf edilməsi rəzalətdi. Normal ölkədə belə açıqlamaya görə nəinki klubu, elə futbol federasiyasını da tam tərkibdə istefaya göndərərlər. Amma "normal" ölkədə… Bizdə isə AFFA nəinki idarə edən, hətta əksər klubları maliyyələşdirən, onları sponsorla təmin edən qurumdu. Ona görə də Abdullayevin dedikləri sadəcə, reallığın etirafıdı.
 
Nədənsə adamın yadına Hans-Yürgen Gedenin vaxtındakı "Neftçi" düşür. Eyni koordinatlardı, hətta böyük ölçüdə adlar da dəyişməyib, sadəcə, klub indi daha pis məhv edilir. Artıq dünən şuranı növbəti dəfə istefaya səsləyən azarkeşlərə cavab, vəd verən rəhbərlik də yoxdu. Uğursuzluğa, Tiranın hərəkətlərinə görə üzr istəməli olan rəhbərlik. Deyəsən, artıq imic də xərclənib, qurtarıb.
 
***
 
Tira olayına gəlincə, rəzalət idi. Əvvəla, burada "Neftçi"nin təşkilati işlərdəki çatışmazlıqları qeyd edilməlidi. Demək olar, "Bakcell Arena"dakı hər oyunda meydana azarkeş daxil olur və "Neftçi"nin heç bir izahat tələb etmədiyi polislər başını qaldırıb ayılanda gec olur. Həmişə final fitindən sonra kimsə forma almaq istəyi ilə futbolçuların üstünə qaçardı; bu dəfə bir az erkən tərpənib hesabat tələb etməyə çalışan biri tapıldı. Yenə polis yatdı, olay yaşandı.
 
Həmin azarkeşin əlində silah olsaydı, kiməsə xəsarət yetirsəydi – bunu təsəvvür belə etmək istəmirəm. Çox real ehtimaldı.
 
Meydana girən həmin azarkeş idi. Nurlan Əziz ötən mövsüm "İnter Arena"da Araz Abdullayevin üzərinə yüyürmüş və futbolçunun təzyiqinə məruz qalmışdı. Lakin nə azarkeş haqda ciddi ölçü götürülməmişdi, nə də yolverilməz hərəkətinə görə Araza güldən ağır bir söz deyilməmişdi.
 
Əslində, dünənki olayda da hədəfdə olan yerli futboçu Rəhman Hacıyev idi. Lakin azarkeşlərin narazı olduğu yarımüdafiəçiyə çatana kimi Nurlanı Katalin Tira qarşıladı. O, təhqir edilən komanda yoldaşının müdafiəsinə qalxdı. Lakin bunu o qədər eybəcərcəsinə etdi ki, meydandan qovulması qaçılmaz oldu.
 
Azarkeş günahkardı bə yəqin ki, hüquq-mühafizə orqanları ikinci oxşar olayın iştirakçısı kimi ona layiq olduğu cəzanı verəcək. Tiranın məsələsi isə fərqlidi. O, canlı yayımlanan oyunda milyonların gözü önündə pis nümunə oldu: azarkeşin üzərinə yeridi, onu vurdu, hətta futbolçuların araya girməsinə rəğmən, çox gec sakitləşdi. Katalinin hərəkətində cinayət tərkibi də var – o, məsuliyyətə cəlb edilməli, sonra isə nəinki klubdan, həm də ölkədən qovulmalıdı. Qışda qovulacaq digər legionerlərdən 2 ay öncə və həm eyni, həm də tam fərqli səbəbdən.
 
VÜSAQİ
Reklam

Reklam


blank
Dünya futbolu2024-05-18 01:00

“Fiorentina” və “Napoli”dən heç-heçə

blank
Dünya futbolu2024-05-18 00:37

Şahruddinin komandası yenə uduzdu

blank
Digər idman növləri2024-05-18 00:09

Azərbaycan millisi Xorvatiyanı məğlub etdi

blank
Premyer-liqa2024-05-17 23:50

“Əcnəbi hakimlərinin dəvət olunmasını xoş qarşılamadım” – Qurban Qurbanov

blank
Premyer-liqa2024-05-17 23:22

“Bu gün xal qazanmaq istəyirdik” – Ayxan Abbasov

blank
Premyer-liqa2024-05-17 23:00

“Turan Tovuz” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2024-05-17 22:21

“Qarabağ” “Turan Tovuz”a qalib gəldi

blank
Dünya futbolu2024-05-17 21:31

Fransa klubunun baş məşqçisi karyerasını başa vurur

blank
Dünya futbolu2024-05-17 21:15

İspaniya millisi İskonu itirdi

blank
Dünya futbolu2024-05-17 21:00

İngiltərə klubunda baş məşqçi ayrılığı

blank
Digər idman növləri2024-05-17 20:46

Azərbaycan yığması Rumıniyaya uduzdu

blank
Dünya futbolu2024-05-17 20:29

“Yuventus” Alleqrini istefaya göndərdi

blank
Ölkə futbolu2024-05-17 20:12

Nəcəfin “fotoinkişaf modeli”

blank
Digər idman növləri2024-05-17 20:00

“Bu, gözlədiyimiz nəticə deyil”

blank
Dünya futbolu2024-05-17 19:46

“Liverpul”da daha bir ayrılıq

blank
Digər idman növləri2024-05-17 19:30

Azərbaycan cüdoçuları Avropa Kubokunda iştirak edəcəklər

blank
Ölkə futbolu2024-05-17 19:14

Rövşən Nəcəf avstriyalı baş katiblə görüşüb

blank
Dünya futbolu2024-05-17 19:00

“Çelsi” Estevao üçün tam məbləğ ödəmək istəmir

blank
Digər idman növləri2024-05-17 18:45

AVF Gəncədə toplanış təşkil edib

blank
Ölkə futbolu2024-05-17 18:32

AFFA prezidenti UEFA-nın İcraiyyə Komitəsinin üzvü ilə görüşüb

blank
Dünya futbolu2024-05-17 18:18

Xavi ilə Laporta arasında gərginlik

blank
Dünya futbolu2024-05-17 18:04

“İnter” Bentonu izləyir

blank
Milli komanda2024-05-17 17:46

Millimizin Gürcüstanla yoldaşlıq oyunları ləğv edildi

blank
I Liqa2024-05-17 17:32

“Premyer Liqada büdcəmiz də artacaq və daha yaxşı olacaq”

blank
Dünya futbolu2024-05-17 17:17

“Liverpul” kamerunlu futbolçu ilə yolları ayırır

blank
Digər idman növləri2024-05-17 17:00

Azərbaycanın iki boksçusu Rusiyadakı turnirdə finala yüksəlib

blank
Ölkə futbolu2024-05-17 16:45

“Qarabağ” akademiyasının komandaları Qətərdə toplanış keçəcək

blank
Digər idman növləri2024-05-17 16:31

ABŞ-nin 14 güləş mütəxəssisi Azərbaycanda səfərdədir

blank
Müsahibə2024-05-17 16:14

“Yaxşı təklifi niyə də qəbul etməyim?!”

blank
Digər idman növləri2024-05-17 15:59

Millimiz Özbəkistanda növbəti qələbəsini qazandı

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm