Bizi izləyin

Premyer-liqa

“Qəbələ”ni yıxan yetirmələri

Dünən keçirilən "Sumqayıt" – "Qəbələ&…

blank

Dünən keçirilən "Sumqayıt" – "Qəbələ" qarşılaşmasındakı olaylar heç də "Bakcell Arena"dakı "Neftçi" – "Qarabağ" matçından əhəmiyyətsiz deyildi. "Kapital Bank Arena"da oynanılan görüş "Qəbələ" üçün qorxunc Hollivud filmlərinin ssenarisini xatırlatdı.

“Qırmızı-qaralar"ın “labaratoriyası”nda (akademiyasında) həkimlər (məşqçilər) tərəfindən yetişdirilən “zombilər” (futbolçular) sanki nəzarətdən çıxıb və "ağ xalatlılar" ("Qəbələ") indi onların qarşısını almaqda çətinlik çəkirdi. Sonucda komanda futbolumuza bəxş etdiyi gənclər tərəfindən vuruldu.

İkinci hissənin ilk dəqiqəsində yayda "Qəbələ"dən icarəyə götürülən Yusif Nəbiyev doğma komandasını meydanın mərkəzinə dəvət etdisə, matça əlavə edilmiş dəqiqələrdə bu dəfə Amil Yunanov onu yetişdirib, futbolçu edən komandanı məyus etdi. Hər iki halda qol vuran futbolçuların bunu çılğın şəkildə qeyd etməməsini təqdirəlayiq hal kimi qeyd etmək lazımdı.

Akademiyanın yetirmələri təkcə "Sumqayıt"ın yox, elə "Qəbələ"nin də heyətində meydana çıxmışdılar. Bunlardan Tellur Mütəllibovu xüsusi qeyd etmək lazımdı. 20 yaşlı cinah yarımmüdafiəçisi soyuqqanlılığı ilə seçilirdi. Meydanda mübarizə aparan futbolçu heç də təcrübəli komanda yoldaşlarından geri qalmırdı. Hesabda geridə olan "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun taktiki gedişinə görə məhz o, yerini akademiyanın başqa bir yetirməsi olan Sadiq Quliyevə verdi. Arxa xətt oyunçusu isə "Qəbələ"ni qələbədən edən səhvlə yadda qaldı.

Quliyev penaltiyə kimi artıq bir dəfə kobud səhvə yol verməklə diqqəti cəlb etmişdi. Məhz onun gözdən qaçırdığı Yunanov qapıçı ilə təkbətək çıxsa da, zərbəsi tirdən döndü. Son saniyələrdə isə qapıya gedən topu əllə qarşılayan müdafiəçi komandasını qələbədən etdi.

Yəqin ki, "Qəbələ" rəhbərliyi bu matçdan sonra ikili hisslər keçirir. Sevindirici hal odu ki, akademiyanın yetirmələri artıq özünü sübut edir. Onlar üçün üzücü məqam isə odu ki, bu xeyri "qırmızı-qaralar" yox, başqaları görür.

Bu oyunda "Sumqayıt"ın apardığı düzgün seleksiya işlərini də xüsusi qeyd etmək lazımdı. Mirabdulla Abbasov, Yusif Nəbiyev, Amil Yunanov kimi futbolçuları tapıb, üzə çıxaran, ən əsası, onlara oyun praktikası qazandıran komanda bunun faydasını görür. Milli komandalara ehtiyat qüvvənin hazırlanması, gənc futbolçuların üzə çıxarılması kimi prioritet vəzifəsi olan “Sumqayıt” faydalı iş əmsalını müəyyən dərəcədə ortaya qoya bilir. Amma həmin oyunçuların klubun öz yetirməsi olmaması üzücü məqamdı.

“Qəbələ”ni belə yetirmələrinə görə alqışlamaq lazımdı. Hər iki qolun müəllifi, üstəlik, penaltiyə səbəb olan epizodda ötürmə verən də klubun sabiq oyunçusu idi. Onların indi başqa komandada olmasına görə Roman Qriqorçuku da günahlandırmaq olmaz. Həmin Sadiq ötən il “Zirə”də özünü doğrultduğu üçün bu il heyətdə saxlanıldı, icarəyə göndərilmədi. Ancaq müdafiəçi güclü rəqabət üzündən ehtiyatda qalmağa məhkumdu, daim oynamayanda isə belə səhvlər qaçılmaz olur. Yusiflə Amil də avrokubokda legionerlərin kölgəsində qalacaq, arabir şans qazananda isə belə oynamayacaqdılar. Ona görə də onların icarəyə verilməsi normaldı. Eybi yox, qoy, “Qəbələ”ni cəzalandırsınlar, amma futbolçu kimi yetişsinlər.

ELMAR ABDULLA-ZADƏ

Reklam

Reklam


blank
Dünya futbolu2024-05-04 09:53

“Qəbələ”nin sabiq baş məşqçisi idman direktoru oldu

blank
Dünya futbolu2024-05-04 09:21

İsko ayın oyunçusu seçildi

blank
Premyer-liqa2024-05-04 08:00

“Qarabağ” “Neftçi”yə, “Kəpəz” “Sumqayıt”a qarşı

blank
Dünya futbolu2024-05-04 01:57

“Monpelye” və “Lans”dan qələbə

blank
Dünya futbolu2024-05-04 01:41

“Torino” və “Bolonya”dan heç-heçə

blank
Dünya futbolu2024-05-04 01:29

“Everton” səfərdən 1 xalla qayıtdı

blank
Dünya futbolu2024-05-04 01:06

“Atletik”dən inamlı qələbə

blank
Dünya futbolu2024-05-04 00:56

İlk oyunda heç-heçə

blank
Dünya futbolu2024-05-04 00:46

“Beşiktaş”dan çətin qələbə

blank
Dünya futbolu2024-05-03 23:23

Volkan Demirel Renat Dadaşovun komandasından ayrıldı

blank
Dünya futbolu2024-05-03 23:00

Ardıcıl 7-ci çempionluq

blank
Digər idman növləri2024-05-03 22:38

“Sərhədçi” “Xəzri”yə ilk oyundakı məğlubiyyətin əvəzini çıxdı

blank
Dünya futbolu2024-05-03 22:19

Het-trik etdi, həftənin ən yaxşı oyunçusu oldu

blank
Dünya futbolu2024-05-03 22:00

Avroliqada həftənin ən yaxşı futbolçusu seçildi

blank
Dünya futbolu2024-05-03 21:44

ÇL-də həftənin ən yaxşı oyunçusu bəlli oldu

blank
Ölkə futbolu2024-05-03 21:30

“Araz-Naxçıvan”ın zədəliləri sıraya döndülər

blank
Dünya futbolu2024-05-03 21:14

“Borussiya” Roysla vidalaşır – Rəsmən açıqlandı

blank
Dünya futbolu2024-05-03 21:00

“Mançester Siti”nin futbolçusu ilin ən yaxşısı seçildi

blank
Premyer-liqa2024-05-03 20:46

“Qarabağ” – “Neftçi” matçının biletləri satışa çıxarıldı

blank
Digər2024-05-03 20:30

May ayı üçün Azərbaycan idmançılarının reytinq cədvəli açıqlandı

blank
Digər idman növləri2024-05-03 20:16

Azərbaycanı Dünya Olimpiya Təsnifat turnirində 9 güləşçi təmsil edəcək

blank
Digər idman növləri2024-05-03 20:00

Alkaras Romada olmayacaq

blank
Digər idman növləri2024-05-03 19:38

Açılışda “Drag queen” də olacaq

blank
Dünya futbolu2024-05-03 19:19

Ramos evini Mbappeyə satır

blank
Digər idman növləri2024-05-03 19:00

Bakıda ilk dəfə U-23 Avropa çempionatı keçiriləcək

blank
Milli komanda2024-05-03 18:46

Azərbaycan millilərinin rəqibləri bəlli oldu

blank
Digər idman növləri2024-05-03 18:32

Azərbaycan şpaqaçıları beynəlxalq turnirdə iştirak ediblər

blank
Premyer-liqa2024-05-03 18:15

“Qarabağ” – “Neftçi” matçının təyinatları açıqlandı

blank
Müsahibə2024-05-03 18:00

Təklifsiz bombardir: “Hakim bizi çox sıxdı”

blank
Digər idman növləri2024-05-03 17:45

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə”də uğursuz çıxış ediblər

blank
Milli komanda2024-03-26 00:11

Millimizin bolqarlarla heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-12-23 22:28

“Səbail” “Sumqayıt”a belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-12-22 19:12

“Qəbələ” “Sabah”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-12-03 17:42

“Kəpəz” “Sabah”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-11-12 20:26

“Qəbələ” “Zirə”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-22 19:38

Qəbələdə 5 qol – VİDEO

blank
Premyer-liqa2023-10-20 23:24

“Səbail” “Neftçi”yə belə məğlub oldu – VİDEO

blank
Premyer-liqa2023-10-20 22:57

“Turan Tovuz”la “Qarabağ”ın məhsuldar heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:44

Ayxan Abbasov: “VAR-da olanlar başqa oyuna baxırdılar” – VİDEO

blank
Premyer-liqa2023-10-20 21:16

Qurban Qurbanov: “Oyunumuzdan razı qalmadım” – VİDEO

blank
Premyer-liqa2023-10-08 22:31

“Qarabağ”dan “Neftçi” üzərində inamlı qələbə – VİDEO

blank
Premyer-liqa2023-10-07 18:52

“Qəbələ” “Səbail”ə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-06 21:16

“Mütləq çempion olmaq kimi məqsədimiz yoxdur” – Rəşad Sadıqov

blank
Premyer-liqa2023-10-01 21:10

“Araz-Naxçıvan” “Zirə”yə belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:37

“Kəpəz” “Qəbələ”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-10-01 19:00

Azər Məmmədov: “Çempionatın sonuna qədər…” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:44

Elmar Baxşıyev: “Qələbə təsadüfi də ola bilər” – VİDEO

blank
Premyer-liqa2023-10-01 18:09

Gəncə azarkeşlərindən Tərlan Əhmədov səsləri – VİDEO

blank
Premyer-liqa2023-09-30 20:36

“Səbail”lə “Sabah”dan məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-30 19:24

“Turan Tovuz” “Neftçi”yə belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-25 22:12

“Qəbələ” “Qarabağ”a belə uduzdu – VİDEO

blank
Premyer-liqa2023-09-24 22:14

“Səbail” “Araz-Naxçıvan”a belə qalib gəldi – VİDEO

blank
Premyer-liqa2023-09-24 20:49

“Sabah”la “Kəpəz”dən məhsuldar heç-heçə – VİDEO

blank
Premyer-liqa2023-09-23 23:37

“Zirə”nin “Neftçi” ilə heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-23 20:57

Turun açılış matçında heç-heçə – VİDEO

blank
Milli komanda2023-09-21 13:58

Millimiz Niderlandı belə darmadağın etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 22:08

“Qarabağ” “Sabah”ı belə məğlub etdi – VİDEO

blank
Premyer-liqa2023-09-17 20:19

“Qəbələ”nin “Turan Tovuz”la heç-heçəsi – VİDEO

blank
Premyer-liqa2023-09-16 19:25

“Səbail”dən darmadağın – VİDEO

blank
Premyer-liqa2023-09-16 18:55

Azər Məmmədov: “Oyunumuz alınmadı” – VİDEO

Facebook

Gündəm